BAKI-TBİLİSİ-QARS DƏMİR YOLU XƏTTİNİN TÜRKİYƏ HİSSƏSİNİN TİKİNTİSİNƏ İYULDA BAŞLANACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri Türkiyə Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, cari ilin iyulunda dünyanın ən mühüm layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 76 kilometrlik Türkiyə hissəsinin tikintisinə başlanacaqdır.
Gürcüstan dəmir yolunun Türkiyə ilə sərhəddən Axalkalakiyə qədər olan 29 kilometrlik hissəsinin tikintisini və Tbilisiyədək mövcud olan sistemin yenilənməsini davam etdirəcəkdir. Bu hissənin tikintisində təməlqoyma mərasimi ötən ilin noyabrında keçirilmişdi.
Türkiyə hökuməti “Dəmir İpək yolu” adlandırılan layihəyə 380 milyon dollar vəsait ayırmışdır. Çinin Şanxay şəhərindən İngiltərənin paytaxtı Londonadək böyük məsafəni birləşdirəcək və ildə 30 milyon ton yükün daşınmasına imkan yaradacaq dəmir yolu xətti 2010-cu ildə istifadəyə veriləcəkdir.