Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımaları həyata keçirəcək gəminin qarşılanması olub
Bakı, 12 may, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanında Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisinin rəsmi qarşılanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarının həyata keçirilməsinə cəlb ediləcək.
Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur.
Yükgötürmə qabiliyyəti 6100 ton olan və 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik “Gadamly” gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək.