Bakıda 5 türk filmi 9 dəfə kinosevərlərə pulsuz təqdim olunacaq
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 23-dən 27-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin layihəsi əsasında Bakıda IV Türk film həftəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Nizami Kino Mərkəzində reallaşacaq layihə çərçivəsində 5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq.
Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil olunacaq.
Qeyd edək ki, film həftəsinin açılışı noyabrın 23-də "Güllər" filminin qala-gecəsi ilə baş tutacaq.