BAKIDA AVROPA ŞURASI MƏDƏNİYYƏT NAZİRLƏRİNİN KONFRANSI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə dekabrın 2-3-də Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransı keçiriləcəkdir.
Konfrans çərçivəsində dekabrın 4-də Bakıda Avropa Şurasının mədəniyyət üzrə rəhbər komitəsi bürosunun və Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramının milli əlaqələndiricilərinin növbəti görüşləri, dekabrın 4-5-də isə Avropa Şurasına üzv dövlətlərin milli müəlliflərinin “Avropada mədəniyyət siyasəti və təmayülləri kompendiumu” layihəsinin 10 illik yubileyinə həsr olunmuş iclası keçiriləcəkdir.
Konfransın və digər tədbirlərin keçirilməsindən əsas məqsəd həm Avropa Şurasına, həm İSESKO-ya üzv kimi Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü rolunu oynamaq və iki sivilizasiya arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi”nin əsasını qoyaraq, Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirməkdir. Buna görə Avropa Şurası rəsmiləri ilə aparılan fikir mübadiləsi zamanı “Bakı prosesi”nin əhəmiyyəti xüsusi vurğulanmış və bildirilmişdir ki, bu təşəbbüs beynəlxalq səviyyədə öz təsdiqini Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçiriləcək konfransında tapacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]