Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Bakı, 26 dekabr, AZƏRTAC

Dekabrın 26-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK-nın rəhbərliyi, Prezident Administrasiyasının, Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili işlər, Gənclər və İdman, Təhsil nazirliklərinin, Qafqaz Müsəlmanları İdarəsinin məsul şəxsləri, Milli Məclisin deputatları və digər qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir. Aparılan təhlillərin nəticələrinə görə, dünyadakı mövcud ziddiyyətlərin, müharibələrin kökündə əsasən dini və etnik zəmində baş verən münaqişələr dayanır. Dünyadakı ictimai-siyasi gərginlik, o cümlədən baş verən münaqişələrin dini və etnik zəmində olması beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır.

Səyavuş Heydərov təəssüflə vurğulayıb ki, dünyanın güc mərkəzləri öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din amilindən istifadə edirlər. Dini və milli-mənəvi dəyərlər bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilib. Xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsi olduqca təhlükəlidir. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyə nəzarət etmək qeyri-mümkündür. DQİDK-nın sədr müavini dünyada din pərdəsi altında cərəyan edən proseslərin artım dinamikasını nəzərə alaraq dini təhlükəsizlik məsələsinin daim diqqət mərkəzində saxlanılmasının çox vacib olduğunu bildirib.

Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyətinin cəmiyyətimizin təhlükəsizliyi üçün böyük potensial olduğunu deyən Səyavuş Heydərov diqqətə çatdırıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb. Azərbaycan dövləti və onun rəhbəri beynəlxalq təhlükəsizliyin bərqərar olmasına böyük töhfələr verməkdədir. Uzaqgörənliklə həyata keçirilən, balanslaşdırılmış, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli və dövlətçilik ənənələrimizin də qətiyyətlə müdafiə edildiyi bu siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi dünyanın mühüm sivilizasiyalar və dinlərarası dialoq mərkəzlərindən birinə çevirib.

Sədr müavini bildirib ki, çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi ilə xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir, eyni zamanda, ölkəmizin dünya birliyində nüfuzunun sürətlə artmasına xidmət edir. O, respublikamızın tolerantlığın daha yüksək zirvəsinə qədəm qoyaraq inanclı insanların birgə, vəhdət halında ibadət etməsinin yeni bir nümunəsi olduğunu vurğulayıb. Natiq bütün bunlara baxmayaraq, Azərbaycanın bu uğurlarını, nailiyyətlərini gözü götürməyən qüvvələrin mövcud olduğunu, bu dairələr tərəfindən ölkəmizə yad dini ideologiyaların idxal olunmasına cəhdlər edildiyini bildirib. Qeyd edib ki, olduqca mürəkkəb, qlobal güclərin maraqlarının toqquşduğu, habelə siyasi iddiası böyük olan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən ideoloji təhlükəsizliyə təhdidlərin səngimədiyi müşahidə olunur.

S.Heydərov mövcud təhlükə, təhdidlərin qarşısının alınması üçün sistemli və geniş formada maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib. Bugünkü konfransın da bu istiqamətdə atılan addımlara bir nümunə olduğunu deyən sədr müavini maarifləndirmə tədbirlərinin səmərəliliyinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

“Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri” mövzusunda çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması, dindar kontingent daxilində dünyəviliyin, tolerantlığın, ənənəvi İslamın zəiflədilməsi, məzhəbçiliyin, xarici təsirlərin, radikallığın gücləndirilməsi, eləcə də dinin siyasiləşdirilməsi, cəmiyyətdə dini qütbləşmənin və sosial təbəqələşmənin yaradılması istiqamətlərində məkrli qrupların zərərli fəaliyyəti barədə danışıb.

İdeoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən birinin də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması olduğunu bildirən sədr müavini təəssüflə qeyd edib ki, bəzi dini qruplar dini kimliyimizlə milli kimliyimizi məqsədli şəkildə qarşı-qarşıya qoyurlar. Onun sözlərinə görə, azərbaycançılıq nəinki İslama zidd deyil, əksinə özündə dinimizlə bağlı elementləri ehtiva edir. Bunu özündə ən gözəl formada əks etdirən üçrəngli bayrağımızdır. Dini zəmində qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyillərinin gücləndirilməsi cəhdlərindən, habelə diasporumuza dini zəmində yönəlik təhdidlərdən də bəhs edən Gündüz İsmayılov bildirib ki, cəmiyyətdəki xurafat elementləri dinlə əlaqələndirilsə də, əslində, dinə heç bir aidiyyəti yoxdur. İslamda elm öyrənmək, təhsil almaq kişi və qadın fərqi qoyulmadan bütün insanlara vacib buyurulub.

Xalqımızın ailə dəyərlərinin tərkibində həm İslamdan, həm milli adət-ənənələrimizdən, həm də müasir dövrümüzün tələblərindən qaynaqlanan keyfiyyətlərin olduğunu vurğulayan sədr müavini məkrli qruplar tərəfindən cəmiyyətdə dini qütbləşmənin və sosial təbəqələşmənin yaradılmasına müəyyən cəhdlərin olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği olduqca vacibdir, çünki ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə medianın rolu” mövzusunda çıxış edib. Deputat bu cür konfransların keçirilməsinin əhəmiyyətini önə çəkərək bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti xüsusi önəm daşıyır.

H.Babaoğlu milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin ictimaiyyətə düzgün formada çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşdüyünü deyib. Bildirib ki, jurnalistlər dinimizin təbliğini məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqelərini açıq-aydın şəkildə nümayiş etdirməlidirlər.

Milli Məclisin deputatı Elman Nəsirov “Din və terrorçuluq: əks qütblər” mövzusunda məruzə ilə çıxış edərək beynəlxalq terrorizmə qarşı mübarizənin əhəmiyyətinə toxunub. Bildirib ki, bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, ötən ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini bildirən Milli Məclisin deputatı bu nümunəvi siyasətin təqdir edildiyini, ölkəmizin dünyaya tolerantlıq ixrac etdiyini vurğulayıb.

Dini radikalizmlə mübarizə tədbirlərindən də danışan deputat dini ekstremizm, radikalizmlə mübarizədə vəhdətin və həmrəyliyin vacibliyini diqqətə çatdırıb. Vurğulayıb ki, bəzi xarici qüvvələr dini radikal qruplara dəstək verərək onların vasitəsilə İslamı gözdən salmağa, dinimizi terrorla eyniləşdirməyə, müsəlman ölkələrində münaqişələr yaratmağa cəhdlər edirlər.

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları” mövzusunda çıxış edən Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib. R.Məmmədov bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərinin qarşısının qətiyyətlə alındığını bildirib. Respublikada xarici dövlətlərin və onların təsiri altında olan siyasi və dini dairələrin müdaxilələrinin qarşısının tamamilə alınması, Azərbaycanın dünyada gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, yad dini ideologiyalar yayan dini qruplara qarşı planlı, əlaqəli şəkildə iş aparılmasının önəminə toxunub.

Konfransda “İctimai təhlükəsizliyin təmin olunmasında dini təhlükəsizlik amili” mövzusunda məruzə ilə çıxış edən Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev bildirib ki, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi yolverilməzdir. Vurğulayıb ki, radikalyönümlü təriqətlər tərəfindən cəmiyyətdə ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılmasına yönəlik cəhdlərin qarşısının alınması məqsədilə təmsil etdiyi qurum tərəfindən lazımi addımlar atılır, o cümlədən profilaktik işlər görülür. Natiq radikal dini qrupların zərərli təbliğatının qarşısının alınmasında, ölkəmizdəki tolerantlıq mühitinin qorunub-saxlanılmasında cəmiyyətin bütün təbəqələrini fəal olmağa çağırıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi “Dini radikalizm və ekstremizm milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda ətraflı çıxış edib. Vurğulayıb ki, beynəlxalq aləmdə cərəyan edən hadisələrin gedişi göstərir ki, dini mühitdə radikal və ekstremist təmayüllərin inkişafı insanların hüquq və azadlıqlarının, xüsusilə təhlükəsiz yaşamaq hüququnun pozulmasına zəmin yaradır. Natiq Azərbaycanın müxtəlif qüvvələrin maraqlarının kəsişdiyi strateji mövqedə yerləşməsinə baxmayaraq, ölkəmizə qarşı düşmənçilik və pozuculuq niyyətlərinin vaxtında qarşısının alınması istiqamətində bütün lazımi tədbirlərin həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırıb ki, dini radikalizmin fonunda təbliğ olunan baxışlar təkcə dini inancın deyil, adət-ənənələrin özgələşməsinə səbəb olur. O, bu cür halların qarşısının alınması üçün ardıcıl iş aparıldığını qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, yad dini ideologiyaları İslam adı altında təbliğ etməyə çalışan bəzi ünsürlərə qarşı mübarizədə din xadimlərinin qarşısında duran vəzifələrdən və bu sahədə həyata keçirilən tədbirlərdən danışıb.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək bildirib ki, dini maarifləndirmə ilə bağlı keçirilən tədbirlər radikal düşüncə tərzinin formalaşmasının qarşısını alır. Vurğulayıb ki, bu cür tədbirlər gənclərin mənəviyyatının zənginləşməsinə də təkan verir.

Təhsil Nazirliyinin nümayəndəsi İntiqam Cəbrayılov “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu”, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elşən Hüseynov “Gənclərin dini radikalizm və ekstremizm təhlükəsindən qorunması”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Veysəlova “Azərbaycan ailəsinin zərərli dini ideologiyalardan qorunması” mövzularında çıxış ediblər.

Konfrans işini müzakirələrlə yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq həyatını itirib - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq həyatını itirib - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib