Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
Bakı, 4 may, AZƏRTAC
Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Hazırda yollardakı vəziyyət:
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının qarşısı, mərkəz istiqamətində;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən akademik Həsən Əliyev küçəsi istiqamətində;
9. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.