Bakıda II “ZİMA” uşaq estrada mahnıları festivalı keçiriləcək
Bakı, 20 noyabr, AZƏRTAC
Bakıda II “ZİMA” uşaq estrada mahnıları festivalı keçiriləcək. Festivalın təşkilatçısı “Beat Group”dur.
AZƏRTAC xəbər verir ki, artıq festivalla bağlı hazırlıqlara başlanılıb və yaşı 6-dan 16-dək olan uşaqlar üçün əlavə kastinq elan edilib. Bunun üçün hər hansı bir dildə ən sevimli mahnını oxuyaraq videoya çəkmək və onu (050) 238 08 08 “WhatsApp” nömrəsinə göndərmək lazımdır.
Müraciət təsdiqlənəndən sonra təşkilatçılar “ZİMA”nın potensial iştirakçısı ilə əlaqə saxlayacaq və onu canlı dinləmələrə dəvət edəcəklər. Festival gələn ilin fevralın 16-da Heydər Əliyev Sarayında keçiriləcək və şəhərin mədəni tədbirləri sırasında parlaq bir hadisə olacaq. Festival beynəlxalq səviyyədə olacaq və gecədə Azərbaycan pop ulduzlarının çıxışı gözlənilir.
“ZİMA” müsabiqə deyil, mahnı festivalı olduğundan qalib elan olunmayacaq, hər iştirakçı festivalın diplomuna layiq görüləcək.
Layihə üzərində peşəkar mütəxəssislər qrupu - quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Ülviyyə Könül, musiqi prodüseri Rüstəm Rzayev, vokal müəllimi Ukrayna Əməkdar artisti Rimma Şapovalova çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]