BAKIDA İRAN KİNOSU HƏFTƏSİ KEÇİRİLƏCƏK
AZƏRTAC İRNA informasiya agentliyinə istinadla xəbər verir ki, sentyabrın axırı-oktyabrın əvvəllərində Bakıda, uzun fasilədən sonra, İran kinosu həftəsi keçiriləcəkdir. İran Gənclər Assosiasiyası bildirmişdir ki, sentyabrın 27-dən oktyabrın 6-dək davam edəcək tədbirdə 15 tammetrajlı film göstəriləcəkdir.
Kino həftəsi çərçivəsində “İran mədəniyyəti festivalı” adı altında təşkil olunacaq fotosərgidə İranın müxtəlif bölgələrindən seçilmiş 75 foto əsəri nümayiş etdiriləcəkdir.
İki ölkənin mədəniyyət mərkəzləri arasında əldə olunmuş sazişə əsasən, Tehranda da Azərbaycan kinosu həftəsinin keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]