Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda ISESCO üzrə Azərbaycan Milli Komissiyasının növbəti iclası keçirilib VİDEO

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 22-də Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası komissiyanın sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq komissiyada müxtəlif dövlət qurumlarının üzvlərinin təmsil olunduğunu bildirib. Komissiya üzvlərinin təsdiq edilməsi ilə bağlı ölkə rəhbərinin müvafiq Sərəncamını komissiya üzvlərinin üzərinə böyük bir məsuliyyət qoyduğunu vurğulayıb.

Ə.Qarayev diqqətə çatdırıb ki, 2015-ci ildə Bakıda keçirilmiş ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib.

“Bu il komissiyanın işi kifayət qədər zəngin olub. Biz istər ölkə daxilində, istərsə də xaricdə keçirilən tədbirlərin təşkilində yüksək səviyyədə iştirak etmişik. Milli Komissiyanın ikinci iclası Bakıda keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirildiyin ərəfəsinə təsadüf edir. Bizim üçün xoşdur ki, ISESCO-nun baş direktoru Әbdüləziz Osman əl-Tuveycri də bu tədbirə qatılıb. Bildiyiniz kimi, Bakı 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” olub. Biz o zaman nəinki İslam dünyasına, həm də bütün dünyaya bir daha tolerant, sülhsevər və İslam dəyərlərinə yüksək hörmətlə yanaşdığımızı sübut etdik. Paytaxt Bakıda və ölkəmizin müxtəlif bölgələrində yüzlərlə tədbir keçirildi. Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edildi. Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsinin səbəbi digər amillərlə yanaşı, həm də muxtar respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpasının diqqət mərkəzində saxlanılmasıdır. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. İnanıram ki, Naxçıvan şəhərləri bu missiyanın öhdəsindən yüksək səviyyədə gələcək”.

Son zamanlar ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının gördüyü işlərə toxunan nazir deyib ki, Milli Komissiyanın saytı yaradılıb. Ölkəmizin bayrağı ISESCO-nun keçirdiyi bütün tədbirlərdə birinci sırada dalğalanır. “Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İslam dünyası ilə əlaqələrin güclənməsi istiqamətindəki fəaliyyəti nəticəsində ölkəmizin İslam dünyasına, mədəniyyətinə inteqrasiya prosesləri çox fəal şəkildə həyata keçirilir. Komissiya üzvləri bu işin davamına və münasibətlərin daha da yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəməməli, daha da geniş miqyasda fəaliyyət göstərməlidirlər”.

Tədbirdə ISESCO-nun baş direktoru Әbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycan ilə ISESCO əlaqələrindən danışıb. “Azərbaycanla ISESCO arasında əlaqələrin olduqca yaxşı inkişaf edib. Azərbaycan ISESCO-ya üzv qəbul edildikdən bu günədək çox böyük inkişaf yolu keçib. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva həmişə bizə böyük dəstək göstərib. Biz əlaqələrimizdən və nümunəvi tərəfdaşlıqdan məmnunluq hissi duyuruq. Mən Bakıda hər dəfə olanda yeni-yeni dəyişikliklərin şahidi oluram. Ölkənin bütün həyatında inkişaf var. Bu da ölkə başçısının uğurlu, düşünülmüş siyasətinin nəticəsində ərsəyə gəlib. Dünyada elə bir tendensiya mövcuddur ki, müsəlman dövlətləri ilə bağlı mənfi rəy yaradılır. Bütün bunlara sədd çəkməliyik. Azərbaycan bizim müasir müsəlman aləminin mirvarisidir. Azərbaycanın getdiyi yol sabitlik, inkişaf yoludur. İslam dünyası bu ölkədən çox şeylər götürə bilər”.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov 2018-ci ildə “İslam dünyasının paytaxtı” kimi Naxçıvanda keçiriləcək tədbirlərdən danışıb və hazırlıq işləri ilə bağlı geniş məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Naxçıvanın 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sədrlik edir. Təşkilat Komitəsinin ilk iclası da keçirilib.

“Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Muxtar respublika türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir. Naxçıvanda 200-dən çox məscid və 25-dən çox ziyarətgah var. Reallaşan çoxsaylı layihələr nəticəsində Naxçıvanın müasir siması yaradılıb. Yeni məscidlər tikilib, bir sıra məscidlər və tarixi abidələr yenidən bərpa olunub. Bu layihələr 2018-ci ildə İslam aləminə təqdim olunacaq, İslam dünyasının diqqətini Naxçıvana cəlb edəcək. İlk olaraq “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları da hazırlanıb. Muxtar respublikanın dini abidələri, məscid və ziyarətgahları haqqında kitablar nəşr olunur. Bununla bərabər, milli-mənəvi dəyərlərimizə həsr olunmuş sənədli və televiziya filmləri hazırlanır. İslam mədəniyyətinə dair abidələrdən Möminə Xatun türbəsi, Yusif Hüseynoğlu, Gülüstan türbələri və Qarabağlılar türbə kompleksinin ISESCO-nun siyahısına daxil edilməsi üçün təşkilati işlər görülüb, sənədlər aidiyyəti üzrə təqdim olunub”.

Tədbirdə ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, akademik Vasim Məmmədəliyev və başqaları çıxış edərək “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” çərçivəsində görüləcək işlərdən söz açıblar.

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ISESKO üzrə Milli Komissiyanın baş katibi Vasif Eyvazzadə Azərbaycan Milli Komissiyasının saytını tədbir iştirakçılarına təqdim edib.

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO-nun baş direktoru Әbdüləziz Osman əl-Tuveycriyə “Naxçıvan-Şərqin əfsanəsi” kitabını təqdim edib.

İclasda 2018-ci ildə Azərbaycanda “Bakı prosesi”ni on illiyi ilə bağlı hazırlıqlar, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” günlərində turistlərin ölkəmizə cəlb olunması məsələsi, həmçinin yeni yaradılan sayta bu çərçivədə məlumatların yerləşdirilməsi müzakirə edilib.

Bakıda ISESCO üzrə Azərbaycan Milli Komissiyasının növbəti iclası keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub