Bakıda keçiriləcək “Qarabağ”–“Yanq Boyz” oyununun biletləri satışa çıxarılıb
Bakı, 25 avqust, AZƏRTAC
UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan)-“Yanq Boyz” (İsveçrə) qarşılaşmasının biletləri artıq satışa çıxarılıb.
AZƏRTAC xəbər verir ki, avqustun 27-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq oyunun biletlərini stadionun kassalarından almaq mümkündür. Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 manatdır.
Biletlər avqustun 25-də səhər 10:00-dan etibarən satışa çıxarılıb. Qarşılaşmaya olan böyük maraq səbəbindən “Qarabağ” futbol klubu vətəndaşlardan biletləri sadəcə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından holoqramlı bilet almağı xahiş edir.