BAKIDA KEÇİRİLƏN BEYNƏLXALQ TURİZM VƏ HOTEL BİZNESİ SƏRGİLƏRİNDƏ MÜXTƏLİF TƏQDİMATLAR KEÇİRİLİB
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən 7-ci Azərbaycan “Səyahət və Turizm” və 2-ci Azərbaycan “Hotel biznesi” beynəlxalq sərgiləri çərçivəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi “Səfər etməyə ən yaxşı ölkə” adlı təqdimatla çıxış etmişdir. Türkiyənin turizm potensialını, tarixi abidələrini, mədəniyyətini, milli adət-ənənələrini özündə əks etdirən videoçarx sərgi iştirakçılarına nümayiş etdirilmişdir. Təqdimat böyük maraqla qarşılanmışdır.
“Millenium Tourizm and Congress DMC” şirkəti cənub bölgəsi üzrə Lənkəran-Astara-Lerik marşrutu ilə “Uzunömürlülər ölkəsinə səfər” adlı təqdimat keçirmişdi.
Sərgi iştirakçılarına məlumat verilmişdir ki, bu şirkət həmçinin üç ölkə (Gürcüstan, Azərbaycan, İran) arasında birgə tur həyata keçirir. Bu marşrutla hərəkət edən turistlər hər 3 ölkəni səyahət etmək imkanı əldə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]