BAKIDA KEÇİRİLƏN HƏRBİ PARADLA ƏLAQƏDAR NƏQLİYYATIN HƏRƏKƏTİ MƏHDUDLAŞDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illik yubleyi münasibətilə iyunun 26-da paytaxtın Azadlıq meydanında zirehli texnikanın iştirakı ilə keçirilən hərbi paradla əlaqədar səhər saat 6-dan 14-dək Azadlıq meydanı və ona bitişik ərazilərdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılmışdır.