BAKIDA KLASSİK MUSİQİ HƏVƏSKARLARI KLUBU YARADILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Musiqi Mədəniyyəti Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova həmfikirlərinin dəstəyi ilə çoxdankı arzusunu həyata keçirmişdir: onun təşəbbüsü ilə Bakıda Klassik musiqi klubu fəaliyyətə başlamışdır. Klubun ilk iclasında qərara alınmışdır ki, onun iştirakçıları ayda bir dəfə Niyazinin Mənzil-muzeyində toplaşacaqlar.
Təbii ki, klubun ilk iclası 90 illik yubileyi bütün dünyada qeyd olunan dahi bəstəkar Qara Qarayevə həsr edilmişdi. Klubun təşkilatçıları bu iclasa toplaşanlara klubun işini necə görmək istədikləri haqqında öz arzularını bildirməyə imkan yaratmışlar.
Musiqi həvəskarlarının arzusunu nəzərə alaraq, təşkilatçılar kluba gənc bakılı musiqiçilərin bu yaxınlarda yaratdıqları “Badi kübə” ansamblını dəvət etmişlər. Gənc musiqiçilər Niyazinin “kvarteti”ni məharətlə ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]