Bakıda “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı Bulvarında (Kukla Teatrının arxası) ilin son “KOB Fest” - sərgi-satış yarmarkasını keçirir.
AZƏRTAC xəbər verir ki, yarmarka oktyabrın 14-15-i saat 10:00-dan 18:30-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq. Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinə aid 800-dən çox çeşiddə məhsul, o cümlədən bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksesuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və sair nümayiş olunur. “KOB Fest”in təşkilində məqsəd mikro və kiçik sahibkarlar tərəfindən istehsal edilən məhsulların satış imkanlarını genişləndirmək, yerli məhsulların tanıdılmasıdır. Festival müddətində mədəni-əyləncəli proqram da təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]