Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilmişdir

Bakı, 23 aprel (AZƏRTAC, Abdulla Suvar). Aprelin 23-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

İştirakçıları salamlayan MHA-nın sədri Kamran İmanov konfransın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, UNESCO tərəfindən elan olunmuş 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü hazırda planetimizin əksər ölkələrində geniş şəkildə qeyd olunur. Azərbaycanda həmin gün 1997-ci ildən etibarən ənənəvi şəkildə qeyd edilir və müxtəlif tədbirlərlə müşayiət olunur.

Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müəllif-hüquq sisteminin müəllifi və yaradıcısıdır. Məhz onun uzaqgörənliyi sayəsində 1993-cü ildə mərkəzi icra hakimiyyəti statusunda Müəllif Hüquqları Agentliyi yaranmış və 1996-cı ildə müstəqil Azərbaycanın ilk əqli mülkiyyət üzrə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunu qəbul olunmuşdur. Beləliklə, Azərbaycanın əqli mülkiyyət sisteminin beynəlxalq səviyyəyə yüksəlməsinə yol açılmışdır. Həmin Qanunun əsas məqamlarından biri ondan ibarətdir ki, ictimai varidat sayılan qeyri-maddi mədəni irsimizin inciləri - ənənəvi mədəni nümunələr (folklor nümunələri) və ənənəvi biliklərin hüquqi qorunmasına şərait yaradılmışdır.

Ulu Öndərin tövsiyələri əsasında Avropa məkanında ilk dəfə olaraq MHA tərəfindən “Azərbaycan folklor nümunələrinin qorunması haqqında” qanun layihəsi hazırlanmış, 2003-cü ildə Milli Məclisdə qəbul edilmiş və Ümummilli Lider tərəfindən imzalanmışdır. 2002-ci ildə isə “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanun qüvvəyə minmişdir.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, adıçəkilən qanunlarda müasir dəyişikliklər edilmiş və onlara əlavələr olunmuşdur. Bununla yanaşı, müəllif-hüquq qanunvericiliyi zənginləşmiş, 2004-cü ildə “Məlumat toplularının hüquqi qorunması haqqında” Qanun, 2012-ci ildə isə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul olunmuşdur. Beləliklə, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq, Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş sıralara daxil edilmiş və nümunəvi sistem kimi qəbul olunmuşdur. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu sistemin özünəməxsus yeri vardır.

Rəhbərlik etdiyi qurumun uğurlarından söz açan MHA-nın rəhbəri vurğulamışdır ki, ötən il 20 illik yubileyini qeyd edən MHA-nın fəaliyyətinə dövlətimizin başçısı tərəfindən yüksək qiymət verilmiş və sahədə çalışan mütəxəssislər orden və medallarla təltif olunmuşlar. Eyni zamanda, qurum 2013-cü il Azərbaycan Dünya Əqli Mülkiyyət Təşkilatının rəhbər Koordinasiya Komitəsində təmsil olunmuş və nümayəndəmiz MDB ölkələrindən ilk dəfə olaraq DƏMT-nin “Müəlliflik hüququna dair” Müqaviləsinin Assambleyasının sədri seçilmişdir.

Bildirilmişdir ki, Dünya İqtisadi Forumunun rəqabət qabiliyyətliliyi ilə bağlı müvafiq hesabatlarında Azərbaycan institutları əqli mülkiyyətin qorunması sahəsində MDB məkanında şərhsiz lider mövqeyindədir və bu üstünlüyü 2010-cu ildən başlayaraq Cənubi Qafqazda qoruyub saxlamaqdadırlar.

Müəllif Hüquqları Agentliyinin tam kompyuterləşdiyini söyləyən natiq vurğulamışdır ki, hazırda qurum “Elektron hökumət” portalına qoşulmuş və 5 növ elektron xidmətlər həyata keçirən dövlət orqanı kimi fəaliyyətini davam etdirir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda “kreativ sənayenin” ÜDM-dəki payı 4,6 faizə qədər qalxaraq, inkişaf etmiş ölkələr səviyyəsindəki göstəriciyə yaxınlaşmışdır.

Müəlliflik hüququndan danışan MHA-nın sədri demişdir ki, müəlliflik hüququnun və müəllif anlayışının tarixinə nəzər salarkən, kitabın təşəkkül tarixini unutmamalıyıq.

K.İmanov demişdir ki, “kitab”, “müəllif” və “müəlliflik hüququ” anlayışları yarandığı andan bir-biri ilə sıx təmasda olmuşdur. “Yaradıcıdan, müəllifdən - əlyazmaya, kitaba”, “Əlyazmadan, kitabdan - müəlliflik hüququna” - bu tellər, üzvü əlaqələr bir tərəfdən tarixi ardıcıllığı, digər tərəfdən isə müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini əks etdirir. Hər bir işin başlanğıcı insanın tükənməz təbii resurslarından irəli gələn yaradıcılığıdır, əqli fəaliyyətidir. Onların nəticələri obyektivləşərək, maddi daşıyıcıda əksini tapır, yazıya, kitaba çevrilir. Odur ki, insan yaradıcılığının təsviri olan hər şey kitabdan başlayır və hər şey də kitabdadır. Bugünkü rəqəmli dünyanın köklü dəyişikliklərinə baxmayaraq, kitab haqqında müdrik kəlamlar müasir dövrümüzdə də aktuallığını və əhəmiyyətini qoruyub saxlayır. Dahi Nizaminin “tükənməz mənəvi qida”, Şekspirin “tacdan qiymətli”, böyük Sabirin “ilk dost”, maarifçi-alim Zərdabinin “qiymətli dəfinə” adlandırdıqları kitab Volterin sözləri ilə desək, “ocaqlarımızdakı oda bənzəyir: qonşudan götürür, özümüzdə yandırır və digərlərinə veririk, beləliklə, onlar hamıya məxsusdur”.

Diqqətə çatdırılmışdır ki, bugünkü müəllif hüququ ənənəsində müəllifin əmlak hüququ kimi tanıdılan məsələlər o vaxtlar mesenatçılıq xarakteri daşıyırdı. Vergili, Horatsi, Marsial öz himayədarlarının - mesenatların maddi köməyi ilə yazıb-yaratdıqları kimi, böyük Azərbaycan memarı Əcəmi Naxçıvani də özünün ən gözəl əsərlərini Azərbaycan Atabəylərinin sifarişi və himayəsi ilə yaratmışdır. Azərbaycan Şirvanşahları Seyid Yəhya Bakuvi kimi görkəmli alim-filosof, Xaqani və Fələki Şirvani kimi məşhur şairlərə himayədarlıq edirdilər. Dahi Nizami Gəncəvi “Xosrov və Şirin” poemasına görə böyük hökmdar Qızıl Arslan tərəfindən xüsusi bəxşişlə mükafatlandırmışdır.

Qeyd edilmişdir ki, XV əsrdə çap üsulunun kəşf edilməsi kitabların sayının sürətlə artmasına və yeni naşir təbəqəsinin yaranmasına səbəb olmuş və həmin dövr müasir müəlliflik hüququnun formalaşmasının başlanğıcı hesab edilir.

K.İmanov bildirmişdir ki, Azərbaycanın Ağqoyunlu və Səfəvilər dövlətlərinin Qərbi Avropa ölkələri, xüsusilə Venesiya Respublikası ilə xarici əlaqələri sayəsində 1594-cü ildə Romadakı Mediçi məntəqəsində ilk azərbaycanlı müəllifin kitabı çap üsulu ilə nəşr olunmuşdur. Bu kitab böyük Azərbaycan alimi Nəsirəddin Tusinin XIX əsrin sonlarınadək Asiya və Şərq ölkələrində həndəsə və cəbr fənləri üzrə ən yaxşı dərslik hesab edilən və əlyazma şəklində hələ 1248-ci ildən mövcud olan “Təhriri-İqlidis” əsəri idi. Həmin əsər 1598-ci ildə yenidən çap edilmiş və latın dilinə çevrildikdən sonra 1657-ci ildə Londonda təkrar nəşr olunmuş, bizim dövrədək Avropa məktəblərində ondan dərslik kimi istifadə edilmişdir. Azərbaycanın nəşr olunan ilk kitabları sırasında ana dilimizdə “Kitabi-Dədə Qorqud” dastanları da olmuşdur.

XVII əsrdən, şrift üsulu ilə kitab nəşrinin fəal inkişaf etdiyi Səfəvilər dövründən Azərbaycanda müəlliflik hüququ müasir mənada qəbul edilməyə başlamışdır və onun tənzimlənməsi adi hüquq çərçivəsində həyata keçirilmişdir.

MHA-nın sədri Kamran İmanov vurğulamışdır ki, UNESCO-nun baş direktoru İrina Bokovanın Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı müraciətində qeyd olunur ki, “kitabların forma və məzmununun çoxçeşidliliyi bilik artırma mənbəyi olaraq, mədəniyyətin simasızlığına yol vermədən müvafiq dövlət siyasəti vasitəsilə dəstəklənməlidir. Bu cür kitab müxtəlifliyi bizim varlığımız olaraq, kitabı yalnız fiziki obyektə deyil, bəşəriyyətin ən dahi ixtirasına çevirir, zaman və məkan sərhədlərini aşaraq ideyalar, biliklər mübadiləsinə çevirir”. Bununla yanaşı, mədəniyyət mübadiləsi və qarşılıqlı zənginləşmə millətin həyat tərzində və birgə yaşayış bacarığında əksini tapmalıdır.

Bildirilmişdir ki, Azərbaycan xalqının mədəni irsinin yüz illər boyu ermənilər tərəfindən “Gəldim, gördüm,… mənimsədim” sxemi üzrə oğurlanması onların torpaqlarımıza olan ərazi iddiaları ilə sıx bağlıdır. “Böyük Ermənistan” haqqında mifin reanimatorlarının niyyətləri kifayət qədər aydındır: gəlmə etnos olan ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi iddialarının “əsaslandırılmasını” həmin torpaqların həqiqi sakinlərinə məxsus maddi və qeyri-maddi irsin qavranılması, mənimsənilməsi və erməniləşdirilməsi ilə əlaqələndirirlər. Ermənilərin əqli və maddi-mədəni oğurluqları tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırmaqla və Azərbaycanın, bütövlükdə bölgənin tarixini təhrif etməklə müşayiət olunur.

Qarabağı və ətraf torpaqlarımızı bu günədək boşaltmayan, beynəlxalq hüquq normalarına riayət etməyən və beynəlxalq strukturların qərarlarına məhəl qoymayan azğınlaşmış ermənilər son vaxtlar yenidən Naxçıvan ərazisinə iddialar irəli sürürlər. “News.am” saytının məlumatına əsasən, Ermənistanda yeni “Naxiçevan” adlı milli siyasi təşəbbüs peyda olmuşdur.

K.İmanov xüsusi olaraq vurğulamışdır ki, Prezident İlham Əliyev informasiya və əks-təbliğat işinin qurulmasında bu erməniçilik amilinin nəzərə alınmasına, dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb etmək üçün daha genişmiqyaslı və müntəzəm tədbirlərin həyata keçirilməsinə çağırmışdır. Bu, yalnız Azərbaycan xalqının müdafiəsi naminə deyil, bütövlükdə, saxta erməni təbliğatını ifşa etmək vəzifəsi olaraq qarşıya qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “biz Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlara qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edirik”.

Konfransda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva UNESCO-nun baş direktoru İrina Bokovanın 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciətini oxumuşdur.

Müraciətdə vurğulanmışdır ki, çap edilmiş sözün tarixi insanlığın tarixidir. Şəxsiyyətin özünü təsdiqində və sosial islahatların həyata keçirilməsində kitabın təsir imkanlarının analoqu yoxdur. Şəxsi təəssüratları əks etdirərək və eyni zamanda dərin sosial təzahür forması olaraq, kitablar insanlar arasında, cəmiyyətlər daxilində, dövlətlərin dialoqunun formalarının müxtəlifliyini təmin edir.

Konfransın aktual bir mövzuya həsr edilməsini yüksək qiymətləndirən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva təmsil etdiyi qurum tərəfindən son illər xalqımıza məxsus maddi-mədəni irs nümunələrinin qorunması və dünyada təbliği istiqamətində görülmüş işlərdən söz açmışdır.

Nazir müavininin sözlərinə görə, erməni vandalizmi nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi, o cümlədən 11 dünya əhəmiyyətli abidə dağıdılaraq, qarət olunmuş və yandırılmışdır. Ermənilər tərəfindən Azərbaycan mədəni irsinin mənimsənilməsinə yol verilməməsi üçün bütün imkanlardan istifadə etməliyik. Bu məsələyə vahid kompleks yanaşma olmalı və həyata keçirilən tədbirlər sistemli və davamlı xarakter daşımalıdır. Demək olar ki, artıq son illər bu istiqamətdə ciddi addımlar atılmış və mühüm işlər görülmüşdür.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov çıxış edərək bildirmişdir ki, Azərbaycanda əqli mülkiyyət hüquqlarının, mədəni irsin qorunması təmsil etdiyi qurum tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Sədr müavini qeyd etmişdir ki, mədəni irsin qorunması bizim fundamental fəaliyyətimizdir. Hesab edirik ki, dövlət qurumlarının bu sahədə əməkdaşlığı vacibdir.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Aparatının rəhbəri Fərhad Vahabov diqqətə çatdırmışdır ki, MTN Azərbaycanda erməni saxtakarlığı ilə mübarizə sahəsində Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digər təşkilatlarla qarşılıqlı əlaqə formasında fəaliyyət göstərir.

Son illərdə erməni yalanlarını tarixi faktlarla dünya ictimaiyyətinə çatdırmaq üçün minlərlə kitab çap olunmuş, disklər, filmlər hazırlanaraq dünyada yayımlanmışdır. Bu işlərdə Heydər Əliyev Fondu və digər nazirliklər çox önəmli rol oynayırlar. Əlbəttə, bu prosesi dayandırmaq olmaz və bundan sonra mübarizəni daha mütəşəkkil şəkildə, səfərbər olaraq genişləndirməliyik.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev tədbirin əhəmiyyətindən danışmış və vurğulamışdır ki, Azərbaycan xalqının maddi-mədəni irsinin, intellektual mülkiyyətinin ermənilər tərəfindən mənimsənilməsinə qarşı mübarizə günümüzün əsas tələblərindəndir.

Konfransda “Qız qalası və ermənilərin saxtalaşdırma iddiası” mövzusunda məruzə ilə çıxış edən MHA-nın sədri Kamran İmanov erməni saxtakarlıqlarını tutarlı faktlar və əyani vasitələrlə bir daha ifşa etmişdir.

Tədbirdə “İlk qriqorian kilsəsi, Eçmiədzinin gerçək tarixi”, “Azərbaycana qarşı mənəvi təcavüzünün forma və xüsusiyyətləri” və “Dənizdən dənizə: gerçəklik və uydurmalar” mövzularında məruzələr dinlənilmişdir.

Sonra mövzu ətrafında müzakirələr aparılmışdır.

İştirakçılar foyedə son illər MHA tərəfindən müxtəlif dillərdə nəşr etdirilmiş çap məhsulları ilə tanış olmuşlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Maykl Kerrik: Çempionlar Liqasındakı oyunları səbirsizliklə gözləyirik

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib

Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub

Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

® “Yango Ride”ın Hesabatı: Fəaliyyət göstərdiyi bazarlarda ağır yol hərəkəti qaydaları pozuntuları 31 faiz azalıb

“Brent” neftinin qiyməti 100 dolları ötüb

“Himayədar ailə” modeli təbliğ olunur

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib

Daniele Violetti: İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur