BAKIDA QAÇQIN QADINLAR MƏRKƏZİ AÇILACAQDIR
İyulun 7-də Bakıda Qaçqın Qadınlar mərkəzi açılacaqdır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, mərkəz başqa dövlətlərdən olan qaçqın qadınlar üçün nəzərdə tutulub. Mərkəzin daxilində müxtəlif kurslar (Azərbaycan dili, tikiş, saç ustası və s.) təşkil ediləcəkdir. Məqsəd həmin qadınların bir-biri ilə tanışlığı üçün şərait yaratmaq və onları işlə təmin etməkdir. Qaçqın Qadınlar Mərkəzinin açılış mərasimində ölkəmizə səfərə gələn BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Kamel Morcanın iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]