Bakıda qadını döyərək elektron planşetini alıb qaçan şəxs saxlanılıb
Bakı, 7 fevral, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən paytaxt sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Quldurluq yolu ilə əldə etdiyi planşet polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]