Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı keçirilmişdir

Bakı, 16 may (AZƏRTAC). Mayın 16-da Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı keçirilmişdir.

Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin sədri İsmayıl Berdiyev tədbiri açdıqdan sonra hacı Faiz müqəddəs kitabımız - Qurani-Kərimdən ayələr oxumuşdur.

Sonra tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun və dünyasını dəyişmiş şura üzvlərinin ruhuna dualar oxumuşlar.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) sədri, şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış etmişdir.

A.Paşazadə demişdir ki, bu önəmli tədbirdə Qafqazın mötəbər din xadimlərinin bir yerdə olması çox əlamətdar haldır. Bu, bir daha sübut edir ki, Azərbaycan regionun taleyüklü məsələlərinin həllində mənəvi mərkəz rolunu davam etdirir, millətlərarası və dinlərarası münasibətlərin inkişafında yüksək mövqe tutur.

QXADŞ-nin bugünkü toplantısının əsas məqsədi hesabat xarakteri daşısa da, gələcək fəaliyyət dairəmizi müəyyənləşdirərkən biz təmsil etdiyimiz dövlətlərin və xalqların mənafeyi baxımından münasib olan birgə qərarlar verməyə davam etməkdəyik. Çünki din xadimlərinin dünyaya bəyan etdiyi qlobal dialoq, dinc birgəyaşayış çağırışları həm bölgəmiz və həm də dünyamız üçün vacibdir. Qədim İslam ənənələrinə malik, tarixən dözümlülük prinsipləri ilə seçilən Azərbaycan bu gün də bütün etiqad və millətlərə ehtiramı ilə seçilən ölkə kimi tanınır. Əminik ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanımızın beynəlxalq nüfuzunu daha da artıracaq, iqtisadi uğurları ilə yanaşı, sülhsevərlik ruhunu, dinlərarası və millətlərarası dialoq sahəsindəki nailiyyətlərini bir daha təsdiq edəcəkdir.

Bu gün burada bir araya gəlməyimiz şübhəsiz ki, Qafqazda mənəvi dialoq, qardaşlıq və əməkdaşlıq sahəsində qazandığımız uğurların nümunəsidir. Qafqazın əmin-amanlığı, rifahı bizim hər birimiz üçün həyati əhəmiyyət kəsb edir. Bölgədə yerləşən dövlətlərin siyasi tarazlığa, xalqların maraq və mənafelərinə uyğun apardıqları siyasət olduqca vacibdir. Belə bir siyasi uzaqgörənliyin əsasını zəmanəmizin görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin tarixi irsi təşkil edir. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən, dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini-mənəvi dəyərlərin qorunmasında, xalqlar arasında dostluğun möhkəmləndirilməsində müstəsna xidmətlər göstərmiş, bu sahədə böyük siyasi və dövlətçilik təcrübəsi miras qoymuşdur. Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu yüksək səviyyədə nümayiş etdirməklə yanaşı, din-dövlət münasibətlərinin möhkəmlənməsinə və bölgə xalqlarının rifahına həssaslıqla yanaşır, Qafqazın gələcəyi üçün milli-mənəvi dəyərlərin inkişafına böyük önəm verir.

Biz, din xadimləri hesab edirik ki, bu gün Qafqazı xoşbəxt gələcəyə aparan yeganə yol millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq, dinc qonşuluq münasibətlərinin qorunub saxlanılmasından keçir. 1992-ci ildə Qroznıda keçirilən din xadimlərinin ümumi toplantısında QXADŞ-nin təsis olunması və onun mərkəzi iqamətgahının Bakıda yerləşməsi qərarı regionun taleyində önəmli bir səhifəyə çevrilmişdir. Bu Şuranın yaranması və əməli təcrübəsi dini qurumların fəaliyyətinə yeni təkan verməklə yanaşı, dinlərarası münasibətlərin inkişafına da böyük təsir göstərmişdir. 2002-ci ildə MDB Dinlərarası Şurasının yaradılması postsovet məkanında dini inteqrasiyanın başlanğıcı olmuşdur. Şuranın həmsədri olaraq QMİ sədri kimi mənim seçilməyim Qafqazın müsəlman konfessiyalarının yüksək məqamlarda təmsil olunmasını təmin etmişdir. Bunun ardınca 2004-cü ildə Dinlərarası Sülhyaratma Forumunun, 2006-cı ildə dünya dini liderlərinin Moskva, 2010-cu ildə Bakı sammitlərinin işində QXADŞ-nın üzvləri də fəal iştirak etmişlər. Bu ali məclislərdə biz hər zaman dövlətlərin təhlükəsizliyinə zidd olan separatçı qüvvələrə qarşı vahid mövqe nümayiş etdirmişik. Biz əminik ki, ekstremistlərin, terrorçu qrupların fiziki və mənəvi təcavüz planlarının qarşısını dövlət rəhbərləri, ictimai-siyasi xadimlərlə dini birliklərin birgə fəaliyyəti sayəsində almaq olar.

Natiq vurğulamışdır ki, bu gün Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ədalətlə və sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü, qarşılıqlı anlaşma, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qaytarılması çərçivəsində həll olunmalıdır. Din xadimləri xalqlarımızın taleyi, övladlarımızın gələcəyi naminə münaqişələri aradan qaldırmaq yönündə səyləri davam etdirməlidirlər.

QMİ-nin sədri bildirmişdir ki, BMT nəzdində Dini Məşvərət Şurasının yaradılması və ilkin mərhələdə YUNESKO yanında dinlərarası dialoq üzrə yüksək səviyyəli təşəbbüs qrupunun fəaliyyəti məsələləri reallaşmaqdadır.

Ötən ilin aprel ayında Din Xadimlərinin Ümumdünya Sammitinin Bakıda keçirilməsi də əlamətdar hadisə kimi yadda qalmışdır. “Qloballaşma, din, ənənəvi dəyərlər” devizi ilə keçirilmiş Bakı Sammiti bütün dünyanın və bizim Qafqaz regionunun tarixində yeni bir mərhələnin başlanğıcı olmuşdur.

Qafqaz bizim ümumi evimizdir. Bu məkanda baş verənlər bizi hər zaman narahat edir. Təəssüflər olsun ki, bu məkanda əmin-amanlıq hələ tam bərqərar olmayıb. Qafqazın dini liderləri bu hadisələrin həm canlı şahidləri və çox təəssüf ki, həm də bəzi qanlı terror aktlarının günahsız qurbanlarıdırlar. Bu günədək elə bir beynəlxalq və ya yerli miqyasda tədbir olmayıb ki, bölgədəki vəziyyət gündəmə gətirilməsin, burada yaşayan xalqların problemlərindən söz açılmasın.

Əminəm ki, dialoq və qarşılıqlı dəstək əsasında, hər bir ölkənin mədəni ənənə və xüsusiyyətlərini nəzərə almaqla dövlət və din arasında əlaqələrin optimal modellərini yaratmaq, sülh və sabitliyin möhkəmlənməsinə yönəldilmiş ideya və təşəbbüsləri reallaşdırmaq mümkündür.

Sonda A.Paşazadə bir daha konfransın işinə uğurlar arzulamışdır.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin sədri Soltan Mirzəyev, Dağıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Əhməd Abdullayev, MDB Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədri Abbas Abbasov, Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Əli Əliyev çıxış etmişlər.

Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin dövlətlər və dinlər arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, Qafqaz xalqlarının əmin-amanlığına diqqətlə yanaşması yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan təkcə iqtisadi inkişafına görə deyil, tolerantlığına və mədəniyyətlərin inkişafına verdiyi töhfələrə görə regionda nümunəvi dövlətdir.

Konfransın sonunda QMİ-nin və QXADŞ-nın sədri Allahşükür Paşazadənin, Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Mərkəzinin, eləcə də Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin sədri İsmayıl Berdiyevin, Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin sədri Soltan Mirzəyevin, Dağıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Əhməd Abdullayevin, Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin sədri Hacımurad Qatsalovun, İnquşetiya Müsəlmanları Ruhani İdarəsinin sədri İsa Xamxoyevin, Kabardin-Balkar Müsəlmanları Ruhani İdarəsinin sədri Həzrətəli Dzasejevin, Adıgey Müsəlmanları Ruhani İdarəsinin sədri Nurbiy Yemijin və Kalmıkiya Müsəlmanları Ruhani İdarəsinin sədri Soltanəhməd Karalayevin imzası ilə BMT-yə müraciət qəbul olunmuşdur.

Müraciətdə deyilir ki, müsəlman din xadimləri, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri əmin edirlər ki, dünya üzrə milyonlarla müsəlman həm özləri, həm də bütün bəşəriyyət üçün azadlıq və tərəqqi diləyirlər. Onların mövqeyi ondan ibarətdir ki, həm din, həm də siyasət fikir ayrılığı və münaqişələrə deyil, sivilizasiyalar arasında sülh və dialoqa xidmət etməlidir.

Qafqazın müsəlman din xadimləri də dini ideyaların siyasi mübarizə və millətlərarası münaqişələr üçün istifadə olunmasını, dövlətlərin daxili işlərinə müdaxilələri, bu və ya digər strateji maraqlar naminə məkanlara nüfuz edilməsini yolverilməz sayırlar. Hərbi əməliyyatlar, suveren dövlətlərə müdaxilələr vətəndaş müharibələrinə rəvac verir, humanitar intervensiyalar dünyadakı vəziyyəti daha artıq dərəcədə səbatsız edir. Məscidlər, məbədlər dağıdılır, müxtəlif din və məzhəb ardıcılları arasında nifaq toxumu səpilir. Belə müdaxilələr genişmiqyaslı dağıntılara və dövlətlərin məhvinə səbəb ola bilər. Biz xaos və ölüm gətirən belə müdaxilələri pisləyirik.

Qafqazın dini liderləri olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasına dair BMT-nin 4 qətnaməsinin 20 ildən artıq müddət ərzində yerinə yetirilməməsindən narahatıq. Bu, bir sıra müsəlman dövlətləri ilə bağlı bu yaxınlarda qəbul edilmiş qətnamələrin və sanksiyaların yubadılmadan həyata keçirilməsi fonunda baş verir. İnsanların inamını ikili yanaşmalar qədər başqa heç nə zədələyə bilməz.

Beynəlxalq təşkilat olaraq BMT bu cür əməllərə öz qətiyyətli münasibətini bildirməli və bununla beynəlxalq həyatda baş verən hadisələri mənəviyyat və hamı üçün vahid standartlar nöqteyi-nəzərindən sərf-nəzər edərək onlara müsbət təsir göstərməlidir. Bu, xalqları həm lokal, həm də bütün bəşəriyyət üçün aktual olan qlobal problemlərin həlli ətrafında səfərbər edər. Müxtəlif milli və dini mənsubiyyətə malik insanlar arasında həmrəylik isə yalnız o zaman sarsılmaz ola bilər ki, bu, əbədi və uca mənəviyyat normalarına sədaqət üzərində bərqərar olsun.

Müraciətdə vurğulanır ki, bütün mövcud problemlər milli-siyasi, tarixi reallıqlar və dini özünəməxsusluqların nəzərə alınması şərtilə beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır.

Qafqazın milyonlarla dindarının iradəsini ifadə edərək, Uca Yaradanımızdan müqəddəs həyat dəyərini hifz etmək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlar və xalqlar üçün sülh və rifahın təmin olunması yolunda BMT-nin bütün səylərinə rəvac verməsini diləyirik. Amin!

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib

Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub

Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

® “Yango Ride”ın Hesabatı: Fəaliyyət göstərdiyi bazarlarda ağır yol hərəkəti qaydaları pozuntuları 31 faiz azalıb

“Brent” neftinin qiyməti 100 dolları ötüb

“Himayədar ailə” modeli təbliğ olunur

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib

Daniele Violetti: İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

® “Azercell” ilk yeni nəsil diler mağazasını istifadəyə verir