Bakıda UFC turniri ərəfəsində açıq məşq və fan-zona təşkil olunacaq
Bakı, 23 iyun, AZƏRTAC
Bakıda keçiriləcək UFC turniri ərəfəsində azarkeşlər üçün açıq məşq və fan-zona təşkil olunacaq.
Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, tədbir iyunun 24-də Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin yaxınlığında baş tutacaq. Saat 17:00-da başlayacaq açıq məşq proqramı 19:30-dək davam edəcək.
Tədbirdə UFC turnirinin əsas döyüşünün iştirakçıları Rafael Fiziyev və Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin Maqomedov, eləcə də Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Fərman Həsənov azarkeşlərlə görüşəcəklər.
Proqram çərçivəsində döyüşçülər nümayiş məşqləri keçirəcək, həmçinin azarkeşlərin suallarını cavablandıracaqlar. UFC döyüş həftəsinin ən maraqlı tədbirlərindən biri hesab olunan açıq məşq tamaşaçılara idmançıları yaxından izləmək və onlarla ünsiyyət qurmaq imkanı yaradacaq.
Tədbir ərazisində xüsusi fan-zona da fəaliyyət göstərəcək. Azarkeşlər burada interaktiv oyunlarda iştirak edə, fotozonalarda şəkillər çəkdirə və UFC-nin rəsmi məhsulları ilə tanış ola biləcəklər.
Qeyd edək ki, UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [10:25]
LANDAU şahmat festivalı başa çatıb
- 23.06.2026 [09:11]
Dünya çempionatı: Əlcəzair İordaniyanı üstələyib
- 23.06.2026 [06:50]
Dünya çempionatı: Norveç millisi qələbə qazanıb
- 23.06.2026 [06:45]
Dünya çempionatı: Fransa millisi İraqı məğlub edib
- 23.06.2026 [01:26]
Moldovada azərbaycanlı avarçəkən qardaşlar 6 medal qazanıblar
- 22.06.2026 [23:08]
Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb
- 22.06.2026 [21:56]
Messi dünya çempionatları tarixinin bombardiri olub
- 22.06.2026 [21:22]