Bakıda və Biləsuvarda baş vermiş yanğınlar söndürülmüşdür
Bakı, 20 noyabr (AZƏRTAC). Paytaxtın Nizami rayonunda ümumi sahəsi 60 kvadratmetr olan tərcümə mərkəzində yanğın qeydə alınmışdır. Hadisə nəticəsində mərkəzin 20 kvadratmetrlik hissəsi içəridəki avadanlıqlarla birgə yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını almış, tərcümə mərkəzinin qalan hissəsini, ona bitişik notariat kontorunu və mənzilləri yanğından mühafizə etmişlər.
Qaradağ rayonunda isə “Daewoo” markalı minik avtomobili yanmışdır. Yanğınsöndürənlər alovu söndürmüş, yanğının yaxınlıqdakı digər avtomobillərə keçməsinə imkan verməmişlər.
Biləsuvar rayonunun Nəsimikənd kəndində ümumi sahəsi 162 kvadratmetr olan birmərtəbəli səkkiz otaqlı evdə baş vermiş yanğın üç otağın 60 kvadratmetr sahədə yanması ilə nəticələnmişdir. Alovun evin qalan hissəsinə yayılmasının qarşısı alınmışdır.
Hadisələrlə əlaqədar hüquq mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]