Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 31-dən noyabrın 1-dək Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Eldar Tlyabiçevin AZƏRTAC-a verdiyi məlumata görə, Forum çərçivəsində Azərbaycan ilə Rusiya ilə arasında regionlararası və sərhəd əməkdaşlığı məsələləri, perspektivli infrastruktur layihələri, regionlararası sahədə iqtisadi və maliyyə əməkdaşlığı, Rusiya-Azərbaycan humanitar məkanının problemləri və perspektivləri, iki ölkənin qarşılıqlı strateji əlaqələri nəzərdən keçiriləcək. Eyni zamanda, müxtəlif “dəyirmi masa”lar və iki ölkənin işgüzar dairələrinin nümayəndələri üçün əlaqə birjası təşkil ediləcək.
Eldar Tlyabiçevin sözlərinə görə, bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycandakı tərəfdaşları ilə birlikdə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər həyata keçirir. Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətləri isə Azərbaycan Respublikası ilə ticarət əlaqələri saxlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]