İQTİSADİYYAT
Bakının kimya sənayesində məhsul buraxılışı azalıb
Bakı, 26 dekabr, AZƏRTAC
Bu ilin 11 ayında Bakının kimya sənayesində məhsul buraxılışı azalıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, yanvar-noyabr aylarında paytaxtın kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 254,5 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 17,8 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 9,5 faiz azalıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 49,1 faiz artıb.
Ötən ilin eyni aylarına nisbətən əsas kimya məhsullarından azot istehsalı 65,4 faiz, oksigen istehsalı 48,7 faiz çoxalıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb, polietilen kisə və çantaların istehsalı 0,6 faiz, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 63,5 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]