İQTİSADİYYAT
“Baku-2015”in radiokommunikasiya təchizatı üçün 5 min “Motorola” mobil radiostansiyası təqdim olunub
![“Baku-2015”in radiokommunikasiya təchizatı üçün 5 min “Motorola” mobil radiostansiyası təqdim olunub](/files/2015/2/1200x630/1434120052313675391_1200x630.jpg)
Bakı, 12 iyun, AZƏRTAC
“Baku-2015” birinci Avropa Oyunlarının radiokommunikasiya təchizatı üçün 5 min “Motorola” şirkətinin istehsalı olan mobil radiostansiya təqdim olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu qurğular yüksək zərbəyə dayanıqlılığı, istifadədə sadəliyi ilə seçilirlər. “Motorola”nın istehsal etdiyi “Tetra” radioqurğuları rabitə yaratmağa imkan verir və dünyada mövcud olan bütün radiorabitə standartlarını dəstəkləyir. Əsas stansiyada radioqurğuları daşıyan personalın yerdəyişmələrini izləmək mümkündür. Bu qurğularda məlumatların şifrələnməsi və səsli xidmətlərlə yanaşı, məlumat ötürmə xidmətləri də mövcuddur.
“Motorola” şirkəti “Baku-2015” birinci Avropa Oyunlarında rabitə təchizatını həyata keçirir. Bundan öncə şirkət bir sıra digər irimiqyaslı beynəlxalq idman və s. tədbirlərin radiorabitə təchizatını təmin edib.