Balakəndə keçirilən intellektual yarışda 6 komanda mübarizə aparıb
Balakən, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin 46 nümayəndəliyində sinxron şəkildə təşkil edilən və "Nə? Harada? Nə zaman?" formatında reallaşan BİL - “Birlik” İntellekt Liqasının 4-cü turuna Balakən gəncləri də qoşulublar.
Mərkəzin Balakən nümayəndəliyinin rəhbəri Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Birlik” İntellekt Liqasının Balakəndə təşkil edilən 4-cü turunda rayonun "Nizami-Cədid", "Qafqaz", "Lisey", "Zirvə", "Simfoniya" və "Zəfər” komandaları mübarizə aparıb. İştirakçılara 24 sual təqdim edilib.
Liqa 7 həftə davam edəcək və sonda qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.