“Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da Bakı Fond Birjasında (BFB) “Bank Respublika” ASC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2006002888 dövlət qeydiyyat nömrəli, 5 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 4 investor tərəfindən 1000 AZN (8,5 faiz) qiymətindən 4 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 8,5 faiz, faiz ödənişləri isə hər 3 təqvim ayında bir dəfə olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 5 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il iyunun 10-da ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]