BANK RESPUBLİKA ƏMANƏTÇİLƏRİ ARASINDA AYLIQ UDUŞ KAMPANİYASININ NÖVBƏTİ TİRAJINI KEÇİRMİŞDİR
Bank Respublika əmanətçiləri arasında aylıq uduş kampaniyasının növbəti tirajını keçirmişdir.
AZƏRTAC xəbər verir ki, bankın daha 7 əmanətçisi mükafat qazanmışdır. İki əmanətçi hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatı, 5 əmanətçi isə əlavə mükafat qazanmışdır. Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən 300 manat məbləğində mobil telefon, DVD pleyer, rəqəmsal fotoaparat, qol saatı və ya iPod musiqi pleyeri seçə bilərlər.
Xatırladaq ki, kampaniyada ən azı 6 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edirlər. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.
Bank Respublika “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bankda yerləşdirilmiş əmanətlər sığortalanır.