“BANK RESPUBLİKA” NÖVBƏTİ UDUŞ TİRAJINI KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika” əmanətçiləri arasında aylıq uduş kampaniyasının növbəti tirajı keçirilmişdir.
7 nəfərin qalib olduğu tirajda iki əmanətçi hər biri 1000 ABŞ dolları məbləğində pul, beş əmanətçi isə kampaniyanın əlavə mükafatlarını qazanmışdır. Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən 300 manat məbləğində təklif olunmuş hədiyyələrdən birini seçə bilərlər.
Kampaniyada altı aydan artıq müddətə və ən azı 1000 manat/dollar/avro pul yatırmış əmanətçilər iştirak etmişlər.