Banklar Assosiasiyası BƏƏ Banklar Federasiyası ilə əməkdaşlıq edəcək
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
ABA-dan AZƏRTAC-a bildirilib ki, sənədi BƏƏ Banklar Federasiyasının Baş direktoru Camal Saleh və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev imzalayıblar. Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, ümumilikdə bank sektorları arasında daha sıx işgüzar əlaqələrin qurulması, birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin keçirilməsi, hər iki təşkilatın üzvü olan banklar arasında informasiya mübadiləsi, müxbir münasibətlərin inkişafı və s. sahədə əməkdaşlıq nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]