Banklararası pul bazarında fəallıq artır
Bakı, 16 dekabr, AZƏRTAC
Banklararası pul bazarında fəallıq artmaqdadır. “Blumberq” ticarət platformasında banklar arasında sentyabrda 69 ədəd əqd, oktyabrda 146 əqd bağlandığı halda, noyabrda bu rəqəm 168-ə yüksəlib.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, noyabrda bağlanmış əqdlərin 93,6 faizi qısamüddətli (1-3 günlük) olub. Banklararası REPO bazarında bağlanmış əqdlərin sayı noyabrda 76 olub ki, bu da əvvəlki ayla müqayisədə 3,6 dəfə çoxdur. Ümumilikdə, sentyabr-noyabr aylarında banklararası əməliyyatların həcmi “Blumberq” ticarət platforması üzrə 3974 milyon manat, REPO üzrə 305 milyon manat olub. Təminatsız bazarda (Blumberq) 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0,6 faiz bəndi yüksək olub. Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı ilə transmissiyasının yaxşılaşdığını göstərir.
Bu ilin noyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 1 faiz, ilin əvvəlinə nəzərən 18,1 faiz, ötən ilin eyni ayına nəzərən isə 21,1 faiz çox olub. On bir ayda bank sistemi üzrə biznes kreditləri 12,7 faiz, istehlak kreditləri 27,7 faiz, ipoteka kreditləri isə 21,9 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]