BANM tələbələri beynəlxalq konfransın birinci dərəcəli diplomuna layiq görülüblər
Bakı, 8 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Rusiya Federasiyası Tümen Sənaye Universitetinin təşkilatçılığı ilə Sənaye Texnologiyaları və Mühəndislik İnstitutunun 15 illiyi münasibətilə keçirilən D.İ.Mendeleyev adına beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.
BANM-dən AZƏRTAC-a bildirilib ki, Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Şamil Fərzalızadə və Elnur İslamov konfransda “Tullantı sularının təmizlənməsində gələcək tətbiq üçün PSI və onun törəmələrinin sintezi” mövzusunda uğurla çıxış edərək birinci dərəcəli diplomla təltif olunublar.
Tələbələrin elmi rəhbəri BANM-in Kimya mühəndisliyi kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Aysel Məmmədovadır. Konfransın materialları www.elibrary.ru saytında Rusiyanın Elmi Sitat İndeksinin (RSCI) məlumat bazasına yerləşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]