BARAMAÇILIQ RAYONLARINDA MƏHSUL TƏDARÜKÜNƏ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinin Zaqatala, Qax və Balakən rayonlarında fəaliyyət göstərən barama qəbulu müəssisələrində məhsul tədarükünə başlanmışdır.
Zaqatala Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirmişlər ki, builki mövsümdə kümçülərə 577 qutu, yəni 11 kiloqrama yaxın ipəkqurdu toxumu paylanmışdı. Barama toxumu zavoduna artıq 10 tona yaxın yaş barama təhvil verilmişdir. Tədarük edilmiş məhsul zavodda qurudulduqdan sonra “Şəki-İpək” ASC-yə təhvil veriləcəkdir.
Qax Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, cari mövsümdə kümçülərə paylanmış 180 qutu ipəkqurdu toxumunun 20 qutusu damazlıq, 160 qutusu isə sənaye əhəmiyyətlidir. İndiyədək rayon Damazlıq-ipəkçilik stansiyasına 5 tona yaxın barama təhvil verilmişdir.
Balakən rayonunun ipəkçilik idarəsinə isə indiyədək 2,5 ton yaş barama təhvil verilmişdir.
Xatırladaq ki, yetişdirilən məhsulun hər kiloqramı üçün kümçülərə səhmdar cəmiyyət tərəfindən 3 manat ödənilir.
Rayonlarda barama tədarükü davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]