Baş katib: ABŞ Ukraynaya silah tədarükünü kəsməyin nəticələrini görməyə başlayıb
Bakı, 30 yanvar, AZƏRTAC
Vaşinqton artıq Ukraynaya hərbi yardımın olmamasının döyüş meydanındakı vəziyyətə necə təsir etdiyini göstərən sübutları görür.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Dövlət katibi Antoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə keçirilən mətbuat konfransında deyib.
Blinken hansı dəlillərdən söhbət getdiyini izah etməyib.
“Əlavə maliyyə yardımı olmadan ukraynalıların əldə etdikləri və bizim onlara nail olmaqda kömək etdiyimiz hər şey risk altına düşəcək", - deyə Dövlət katibi bildirib.
Bundan əvvəl Yens Stoltenberq Kiyevə silah tədarükünü alyans ölkələrinin təhlükəsizliyinə sərmayə adlandırmışdı.
O, həmçinin qeyd edib ki, yanvarın 30-da ABŞ Konqresinin üzvləri ilə Kiyevə hərbi dəstəyin davam etdirilməsi məsələsini müzakirə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]