Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAŞ NAZİRİN MÜAVİNİ, DÖVLƏTQAÇQINKOMUN SƏDRİ ƏLİ HƏSƏNOVUN ÇIXIŞI

-Zati-aliləri möhtərəm cənab Prezident!

Ölkəmizin ən prioritet və mühüm problemi hesab edilən qaçqınların və məcburi köçkünlərin mövcud sosial problemləri ilə bağlı məsələləri müntəzəm olaraq belə geniş tərkibdə müzakirə etdiyiniz üçün, ilk növbədə, həmin insanların Sizə olan dərin minnətdarlığını, hörmət və ehtiramını yetirirəm.

Son 4 il ölkəmizin həyatında sürətli, dinamik inkişaf dövrü olmaqla yanaşı, qaçqınların və məcburi köçkünlərin mövcud sosial problemlərinin həlli istiqamətində də ciddi dəyişikliklər baş vermişdir. İcazənizlə, ötən dövrdə Sizin göstərişlərinizlə həyata keçirilən, habelə nəzərdə tutulan tədbirlər barədə qısa məlumat verim.

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə ölkə Prezidenti tərəfindən 13 fərman və sərəncam imzalanmış, onların icrası ilə əlaqədar Nazirlər Kabinetinin 47 qərar və sərəncamı, Milli Məclis tərəfindən isə 1 qanun qəbul edilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli ilə əlaqədar Ermənistan Respublikasının Prezidenti, ATƏT-in Minsk qrupunun həmsədrləri, xarici ölkələrin dövlət rəhbərləri ilə keçirilmiş 100-dən çox görüşlərdə nümayiş etdirdiyiniz prinsipial mövqe sabaha inamın artmasına səbəb olmuşdur.

Sizin 2003-cü il oktyabrın 1-də, prezident seçkiləri ərəfəsində seçicilərlə ilk görüşü məhz Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə keçirməyiniz, 2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirakınız, 2004-cü il sentyabr ayının 11-də Bərdə rayonunda çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşünüz, 2006-cı il martın 1-də Ağdam rayonunda “Bənövşələr” qəsəbəsinin açılışında iştirakınız, həmçinin Quzanlı idman kompleksinin təməlini qoymağınız, 2007-ci il mayın 4-də Sabunçu rayonunun Ramana qəsəbəsində yeni salınmış qəsəbənin açılış mərasimindəki nitqiniz, qaçqın, məcburi köçkün problemi ilə əlaqədar ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlərdə iştirakınız və digər tədbirlər hər bir məcburi köçkün üçün unudulmaz tarixi hadisəyə çevrilmişdir.

Xüsusi qeyd etmək istəyirəm ki, Sizin Ramanada yeni salınmış qəsəbənin açılış mərasimindəki nitqinizdə son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar ilk dəfə səslənən çox cəsarətli bəyanatınız dünya mətbuatında geniş müzakirəyə səbəb olmuşdur.

Möhtərəm cənab Prezident!

Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Sizin uğurla davam etdirdiyiniz iqtisadi tərəqqi siyasəti nəticəsində ölkəmizin qüdrəti yüksəldikcə, digər sahələrdə olduğu kimi, məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi də ilbəil artırılır.

2004-cü il 1 iyul tarixli Sərəncamınızla təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu sahədə geniş tədbirlərin görülməsinə imkan yaratdı.

Belə ki:

-son 4 ildə Dövlətqaçqınkoma büdcədən 383 milyon manat vəsait ayrılmışdır. Təkcə cari ildə bu məqsədlə ayrılan vəsait 150 milyon manat təşkil edir ki, bu da 2003-cü illə müqayisədə 2,8 dəfə çoxdur;

-2005-ci il iyunun 21-də keçirilmiş müşavirədə verilmiş tapşırığa əsasən, qaçqın və məcburi köçkünlər taxılyığan kombaynlarla təmin edilmiş, ilkin mərhələdə 67 yataqxanada təmir-bərpa işləri aparılmış, Füzuli rayonunun Haramı düzündə Yuxarı Mil kanalının 4,2 kilometrlik, Qarqarçay-Laçın qışlaqları kanalının 8,1 kilometrlik hissəsinin tikintisi başa çatdırılmışdır;

-146 min nəfər məcburi köçkünə büdcə vəsaiti hesabına Dövlətqaçqınkom tərəfindən aylıq ərzaq norması paylanılır;

-87 min məcburi köçkün ailəsinin hər biri qış mövsümündə ayda 40 litr ağ neftlə təmin olunur;

-vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əmək haqqının ödənişi davam etdirilir;

-Sizin 2006-cı il 19 dekabr tarixli Sərəncamınızla məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin həcmi 2007-ci il yanvarın 1-dən 50 faiz artırılaraq 9 manata çatdırılıbdır;

-bu il ali təhsil ocaqlarına qəbul üçün ərizə vermiş 3418 məcburi köçkün abituriyentdən 873 nəfəri qəbul olunub, onlardan 131-i 500-dən, 30-u isə 600-dən yuxarı bal toplamışdır;

-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə qarşılıqlı fəaliyyət nəticəsində 6075 nəfər qaçqın və məcburi köçkün münasib işlə təmin olunmuş, 2062 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmiş, 932 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 5099 ailəyə ünvanlı sosial yardım ödənilir;

-45 min məcburi köçkünün əhatə olunduğu 760 fermer təsərrüfatı yaradılmış və əraziləri işğal edilmiş rayonlardakı təsərrüfatlarda hazırda 800 min başdan çox mal-qara vardır;

-ümumiyyətlə, əmək qabiliyyətli 293 min nəfər məcburi köçkündən 260 min nəfəri işlə təmin olunmuşdur ki, bunun da əksəriyyəti mövsümi işlə əlaqədardır;

-Goranboy rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 580 kəlbəcərli məcburi köçkün üçün həmin qəsəbənin yaxınlığında, Xocalı rayonundan olan 500 ailə üçün Goranboy rayonu ərazisində, Xocavənd rayonundan olan 500 ailə üçün isə Beyləqan rayonu ərazisində yeni qəsəbələrin salınması ilə bağlı layihələndirmə işləri artıq tamamlanmaq üzrədir;

-şəhər və rayonlara təhkim edilmiş nazirlik, komitə, şirkət və digər mərkəzi təşkilatlar tərəfindən son 4 ildə bayramlar ərəfəsində məcburi köçkünlərə 8,6 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir;

-Azərbaycan dövləti tərəfindən ildə bir nəfər məcburi köçkünə sərf olunan vəsaitin həcmi 418 manatdır. Bu, dünyanın digər münaqişə zonalarında 1 nəfər qaçqına sərf olunan vəsaitdən xeyli çoxdur. Yəni Azərbaycan dövləti öz qaçqın və köçkünlərinə sərf etdiyi vəsaitin həcminə görə birinci yerdədir.

Son 4 ildə, ümumilikdə, Nazirlər Kabinetinə və Dövlətqaçqınkoma qaçqın və məcburi köçkünlər tərəfindən daxil olmuş 179 min yazılı və şifahi müraciətə baxılmış, 72 min nəfər qəbul edilmiş, müraciətlərin 75 faizi müsbət həll olunmuşdur.

Sadalanan bütün bu tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 3 il bundan əvvələ nisbətən xeyli azalmışdır.

2004-cü ildən indiyədək Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün 288 milyon manat vəsait ayrılmışdır. Cari ildə ayrılan vəsaitin miqdarı isə 2005-ci ilə nisbətən 2 dəfə artırılaraq 124 milyon manata çatdırılmışdır.

Ümumiyyətlə, 2001-2007-ci illərdə Dövlət Neft Fondundan ayrılmış 360 milyon manat həcmində vəsait və digər mənbələrdən olan vəsaitlər hesabına qaçqın və məcburi köçkün ailələri üçün 15713 yaşayış evindən ibarət 49 qəsəbə salınmışdır. 872 min kvadratmetr sahəyə malik yaşayış evləri ilə yanaşı, 106 orta məktəb tikilibdir.

Cənab Prezident, bu günlərdə mən Misir müəllimə məlumatı göndərdim. Ola bilər, bu, bizim günahımız ucbatındandır ki, o rəqəm ümumi rəqəmlərə əlavə olunmayıbdır. Ona görə Misir müəllimdən xahiş etdim ki, o rəqəmlər də nəzərə alınsın. Elə təkcə bu il 14 məktəb tikilibdir.

İLHAM ƏLİYEV: Yəni, ümumi tikilən məktəblərin sayına daxildir.

ƏLİ HƏSƏNOV: Bəli, 14-ü də daxil olmaqla, bizim xəttimizlə 106 məktəb tikilibdir. Onların 65-i bilavasitə dövlətin, 41-i isə beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına tikilibdir.

4 musiqi məktəbi, 34 uşaq bağçası, 4 xəstəxana, 38 tibb məntəqəsi, 29 klub-icma mərkəzi, 30 rabitə evi tikilib istifadəyə verilmiş, uzunluğu 820 kilometr olan elektrik hava xətti çəkilmişdir. Cənab Prezident, biz burada da çox təvazökarlıq etmişik. Siz bir dəfə dediniz ki, biz görülən işləri kifayət qədər təbliğ etmirik. Mən boynuma alıram ki, bu belədir. Mən Sizə sonra birinci sxemdə göstərəcəyəm. Bu, enerji sisteminin sabitləşməsinə çox böyük töhfə veribdir. 540 kilometr içməli su xətti, 465 kilometr yol-küçə şəbəkəsi çəkilmiş və digər sosial-məişət xidməti obyektləri inşa olunmuşdur.

Nəticədə ölkəmizdə olan 12 çadır düşərgəsindən 9-u artıq ləğv edilmişdir.

Sizin seçkiqabağı verdiyiniz “ölkəmizdə bir dənə də çadır düşərgəsi qalmayacaqdır” vədinizə uyğun olaraq, hazırda Saatlı və Sabirabad rayonlarında qalan 3 çadır düşərgəsində və dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 4179 məcburi köçkün ailəsi üçün yeni qəsəbələr salınır. Sizin tapşırığınıza əsasən qəsəbələrin salınması və çadır düşərgəsinin ləğvi cari ilin sonuna kimi təmin ediləcəkdir. Bu il həm də onunla əlamətdar olacaqdır ki, 1992-1993-cü illərdə o vaxtkı iqtidarın Azərbaycan tarixində yaratdığı çadır düşərgələri məhz Sizin tərəfinizdən Azərbaycan tarixindən silinəcəkdir.

Yaxşı başa düşürük ki, bütün bu işlərin hamısının kökündə məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı dahiyanə iqtisadi islahatlar və neft strategiyası durur.

Möhtərəm cənab Prezident!

Xüsusi vurğulamaq istəyirəm ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu və onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı hörmətli xanım Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır. Onun təşəbbüsü ilə Fondun layihəsi olan “Azərbaycan” internet portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına, erməni vəhşiliklərinə həsr olunmuş 17 saytın daxil edilməsi, hər il Fond tərəfindən məcburi köçkün uşaqların təhsil problemlərinin həllinə göstərilən qayğı və bilavasitə müvəqqəti məskunlaşma yerlərində mütəmadi olaraq məcburi köçkünlərlə, xüsusən məktəblilərlə görüşlər bu diqqətin konkret ifadəsidir.

Zati-aliləri!

Ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə fəaliyyət göstərən 72 beynəlxalq və 32 milli humanitar təşkilatın tam sərbəst, azad və şəffaf fəaliyyəti üçün nümunəvi şərait yaradılmışdır. Bunu Azərbaycan hökumətinin dəvəti ilə son illər ərzində ölkəmizə səfər etmiş nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri səfərlərinin yekunlarına dair hesabatlarında bildirmişlər: “Azərbaycan Prezidentinin ölkədəki bütün qaçqın və məcburi köçkünlər üçün, o cümlədən beynəlxalq humanitar təşkilatların sərbəst və şəffaf fəaliyyəti üçün gördüyü işlər dünyanın əksər ölkələri üçün nümunədir. Bizim Azərbaycan hökuməti ilə əməkdaşlığımız çox yüksək səviyyədədir.

Bu günlərdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Ann Ders həmin ölkənin vəsaiti hesabına laçınlı məcburi köçkünlər üçün Ağcabədi rayonunun Taxtaköprü ərazisində inşa edilmiş xəstəxana binasının açılışında demişdir: “Azərbaycan dövlətinin öz məcburi köçkünlərinin sosial problemlərinin həllinə göstərdiyi səylər tərifəlayiqdir”.

Möhtərəm cənab Prezident!

İcazənizlə, həllinə ehtiyac olan bir neçə məsələni müzakirənizə təqdim edim:

-istismar müddəti başa çatmış və 12 rayonda yerləşmiş 15 fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 6227 məcburi köçkün ailəsinin yeni qəsəbələrə köçürülməsinə ehtiyac yaranmışdır;

-45 şəhər və rayonda təhsil prosesi gedən 262 məktəb binasında məskunlaşan 2768 məcburi köçkün ailəsinin yeni yaşayış yerlərinə köçürülməsi vacibdir;

-Müdafiə Nazirliyinin 5 şəhər və rayondakı hərbi hissələrinin ərazisindəki binalarda müvəqqəti məskunlaşmış 1479 məcburi köçkün ailəsinin yeni yaşayış yerlərinə köçürülməsinə zərurət yaranmışdır;

-15266 məcburi köçkün ailəsinin yaşadığı 239 yataqxananın təmirinə ehtiyac vardır.

Cənab Prezident!

Sizin tapşırığınıza əsasənı, bu sahədə görülmüş bütün işləri əhatə edən kitab artıq 4 dildə (Azərbaycan, rus, ingilis və ərəb) nəşr olunmuşdur. Problemin tarixi köklərinə, qaçqın və məcburi köçkünlərin mövcud çətinliklərinə və onların aradan qaldırılması üçün görülən işlərə həsr olunmuş 52 dəqiqəlik “Vətən həsrəti və sönməyən ümidlər” filmi hazırlanaraq, bütün telekanallarda nümayiş etdirilmiş, habelə xarici ölkələrdə yaymaq məqsədi ilə 6 dildə (Azərbaycan, rus, ingilis, fransız, alman və ərəb) 10 dəqiqəlik qısametrajlı film hazırlanmış və xarici ölkələrdəki səfirliklərimizə göndərilmək məqsədi ilə Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur. Hər birində 30 nüsxə, ingilis dilində olandan isə 50 nüsxə. Həmçinin Sizin prezidentlik fəaliyyətiniz dövründə görülmüş tədbirləri əhatə edən hesabat toplusu, 10 dəqiqəlik film hazırlanmış, Komitənin 3 dildə vebsaytı istifadəyə verilmişdir.

Zati-aliləri, son illərdə yeni qəsəbələrin salınması sahəsində görülmüş işlərlə bağlı havadan çəkiliş aparmaq üçün vertolyotun ayrılması barədə müraciətimizlə əlaqədar “Azərbaycan Hava Yolları” Dövlət Konserninin rəhbərliyi müvəqqəti çətinliyin olduğunu bildirmişdi. Həmin vaxt Sizin bu barədə məlumatlı olmağınız və öz xidməti vertolyotunuzu bu məqsədlə ayırmağınız bir daha Sizin bu problemə olan münasibətinizi nümayiş etdirir. Qəti əminliklə deyə bilərəm ki, dünyanın heç bir ölkəsinin Prezidenti belə bir addım atmazdı. Bunun üçün, yuxarıda sadaladığım görülmüş və görüləcək bütün işlərə görə ölkəmizdəki bir milyonadək qaçqın və məcburi köçkünün dərin hörmət və ehtiramını bir daha Sizə bildirirəm.

Möhtərəm cənab Prezident!

Qaçqınlar və məcburi köçkünlər ölkədə baş verən bütün ictimai-siyasi proseslərdə həmişə Sizi birmənalı şəkildə dəstəkləmişlər və əmin ola bilərsiniz ki, növbəti ictimai-siyasi proseslərdə də bunu əyani nümayiş etdirəcəklər.

                                                                                     X X X

Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı son dörd ildə hazırlanıb həyata keçirilən tədbirlərə dair məlumat toplusunu, Dövlət proqramına əlavə olaraq hazırlanmış tədbirlər planının layihəsini və videomaterialı dövlətimizin başçısına təqdim etdi.

                                                                                      X X X

Sonra Prezident İlham Əliyev 2003-cü ilin oktyabrından 2007-ci ilin avqust ayına qədər qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə əlaqədar görülmüş işləri əks etdirən fotostendlə tanış oldu.

Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbələrdə yaradılan infrastruktur barədə dövlətimizin başçısına məlumat verdi.

Stendlərdəki fotoşəkillərdə məcburi köçkün qəsəbələrinin elektrik enerjisi ilə təchizatı, suvarma sistemlərinin quruluşu ayrı-ayrı bölgələr üzrə toplanmışdır. Fotolarda sonuncu çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti təsvir olunmuşdur. Hazırda tikilməkdə olan qəsəbələrin sxemi də dövlətimizin başçısına təqdim edildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub