BAŞ NAZİRİN MÜAVİNİ İRAN MƏSLƏHƏT ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
İranda səfərdə olan Azərbaycan Respublikası baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov dekabrın 25-də İran İslam Respublikası Məsləhət Şurasının sədri Əkbər Haşimi Rəfsəncani ilə görüşmüşdür.
AZƏRTAC-ın İRNA agentliyindən aldığı məlumatda deyilir ki, görüşdə Əkbər Haşimi Rəfsəncani İran və Azərbaycan xalqlarının müştərək tarixi, dini və mədəni dəyərlərindən danışaraq iki ölkə arasında əlaqələrin inkişafının vacibliyini vurğulamışdır. O, 1991-ci ildə İranın Gilan və Zəncan əyalətlərində baş vermiş zəlzələdən zərər çəkən əhaliyə Azərbaycanın köməyini yada salaraq bunun heç zaman unudulmayacağını söyləmişdir.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığını və münaqişənin artıq beynəlmiləlləşdiyini xatirladaraq, problemin həllində İranın mühüm rol oynaya biləcəyini qeyd etmişdir. O demişdir ki, İran Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü tanıyan ilk ölkələrdən biri olmuşdur.
Azərbaycanda bir milyondan çox qaçqının və məcburi köçkünün olduğunu diqqətə çatdıran Əli Həsənov İranın humanitar yardımlarını həmin insanlara dost köməyinin təzahürü kimi dəyərləndirmiş və bu köməyin davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]