Bayram günlərində avtovağzallardan 2681 reys həyata keçirilib
Bakı, 7 yanvar, AZƏRTAC
Bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar dekabrın 28-dən yanvarın 7-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb, 300-dən artıq əlavə reys təşkil olunub.
Ümumilikdə isə bayram ərəfəsində və bayram günlərində 2681 reys həyata keçirilib, 72 min 615 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Dekabrın 28-dən yanvarın 7-nə kimi 14 min 391 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:02]
Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb
- 16.06.2026 [16:01]