Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BBC radiosunda Azərbaycanın antiterror tədbirlərindən sonra humanitar vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımlardan danışılıb

BBC radiosunda Azərbaycanın antiterror tədbirlərindən sonra humanitar vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımlardan danışılıb

Vyana, 23 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın BBC radiosunun Dünya Xidməti “Həftəsonu” verilişində Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərindən sonra yaranmış vəziyyətlə bağlı reportaj və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla müsahibə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, E. Əmirbəyov müsahibəsində, ilk növbədə, son günlərdə antiterror tədbirləri dayandırıldıqdan sonra görülən işlərə, Qarabağın erməni əhalisinə göstərilən humanitar yardıma diqqət çəkib. Qeyd edilib ki, Azərbaycan tərəfi bölgədəki erməni əhalisinin reinteqrasiyası üçün ardıcıl addımlar atır, eyni zamanda, humanitar vəziyyəti yaxşılaşdırmaq məqsədilə əraziyə ərzaq, dərman və digər zəruri malların çatdırılması həyata keçirilir. Azərbaycan hökumətinin Xankəndiyə göndərdiyi 50 ton yük artıq yerli erməni əhalisinə paylanılıb, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə yaralıların daşınması təmin edilib. Xüsusilə diqqətə çatdırılıb ki, Qarabağda erməni əhalisinin sayı şişirdilmiş şəkildə 120 min nəfər təqdim olunsa da, reallıqda orada yaşayanların sayı 50 min nəfərdən çox deyil.

Xüsusi tapşırıqlar üzrə nümayəndə diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsini, silahlı birləşmələrinin qalıqlarını Azərbaycan ərazisindən çıxarmasını istəyir. Bu proses artıq başlayıb və ilk silahlı dəstələr tərk-silah edilir. Bildirilib ki, könüllü təslim olan silahlılar, həmçinin mülki əhalinin Ermənistan ərazisinə sərbəst keçidi təmin olunacaq, vəziyyət tədricən sabitliyə doğru irəliləyəcək. Etimadın “bazardan satın alınmadığını” bildirən E. Əmirbəyov bu prosesin etimad üzərində qurulmalı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yerli əhali ilə birbaşa təmas bu etimadın qurulmasını hədəfləyir. Vurğulanıb ki, Azərbaycanın mülki əhali ilə heç bir problemi olmayıb və yoxdur, əsas hədəf Azərbaycan xalqının həyatı üçün riskə çevrilən qanunsuz silahlı birləşmələr və terrorçu qruplaşmalar idi. Bu proses isə artıq başa çatıb. İndi isə əmin olmaq lazımdır ki, erməniəsilli mülki əhali bütün lazımi tələbat malları (ərzaq, dərman, yanacaq, elektrik enerjisi və sair) ilə təmin olunacaqlarını bilsinlər. Bütün bunlar Azərbaycan hökumətinin təmin etməyə hazır olduğu məsələlərdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zafer Sarıkaya: Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması təəssüf doğurur

SOCAR uzunmüddətli qaz tədarükü üçün “Uniper” şirkəti ilə müqavilə imzalayıb

İƏT Beynəlxalq Könüllülər Günü münasibətilə müraciət yayıb

Bakıda Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışını təmin etmək mövzusunda beynəlxalq konfrans keçirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

İcma sədri: Qərbi azərbaycanlıların qayıdışı məsələsi üzrə Ermənistan hökuməti ilə birbaşa dialoqa hazırıq

TKTA: Xaricdə təhsil alan 73 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Şirvanda avtomat silahı, daraq və patronlar aşkarlanıb

Bu gün Xalq artisti Həsənağa Salayevin doğum günüdür

HHM bölmələrində döyüş atışları icra olunub VİDEO

“Azeri Light” 3 dollardan çox ucuzlaşıb

Qubada dörd nəfərdən ibarət dəstə üzvləri saxlanılıb VİDEO

ENGAGE layihəsi çərçivəsində MDU-da növbəti görüşlər baş tutub

Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin mayı

“Gender Hub Azərbaycan” təşkilatı “CAREC Gender Bərabərliyi” mükafatının qalibi olub

“Diaspor Akademiyası” adlı yeni layihənin icrasına başlanıb

Siqaret çəkmə ilə psixi pozuntular arasında əlaqə aşkarlanıb

Bakının hansı yollarında sıxlıq müşahidə olunur? SİYAHI

Tailandda avtobusun ağaca çırpılması azı 14 nəfərin ölümünə səbəb olub

Daha 130 Türkiyə vətəndaşı Qəzza zolağından evlərinə qayıdıb

MDU-da “Heydər Əliyev İli” çərçivəsində bilik yarışı təşkil edilib

İqlimşünaslar qışın rekord dərəcədə isti keçəcəyini proqnozlaşdırırlar

ABŞ-ın Milli Aerokosmik Agentliyi Aya eniş edəcəyi tarixi açıqlayıb

“Bridgerton” filminin yayım tarixi açıqlanıb

Süni intellekt imkanları olan “Windows 12”nin buraxılacağı tarix açıqlanıb

Qazaxıstanlı nazir: Azərbaycanla mədəni yaxınlıq quruculuq fəaliyyətini gücləndirməyə imkan verir

Heydər Əliyev Mərkəzində Qazaxıstan rəssamlarının əsərlərindən ibarət sərgi

MDU-da “Uğurlu innovativ biznes” mövzusunda panel müzakirə təşkil edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərinin tarixi müəyyənləşib

Bakı Kitab Mərkəzində litvalı hərbi jurnalist Riçardas Lapaitislə görüş

Antalya Şəhər Teatrı Bakıda çıxış edib

CNN: ABŞ Qəzzada girovlarla bağlı danışıqların bərpasını çətin hesab edir

Qərbi Azərbaycan İcmasında TBMM-in üzvü Şamil Ayrımla görüş təşkil edilib

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ” layiqli qələbə qazandı

Aurelia Qriqoriu Ermənistandan azərbaycanlıların qovulmasını insan hüquqlarının pozuntusu adlandırıb

Roza Rımbayeva: Azərbaycan xalq musiqisini çox sevirəm

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni məğlub edib

Səfir: Azərbaycanda Qazaxıstanın mədəniyyət günləri çox yüksək səviyyədə keçirilir

Yunanıstanlı professor Qərbi Azərbaycan İcmasında olub

XİN: Ermənistan tərəfinin açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı ört-basdır etmək niyyəti daşıyır

Azərbaycan XİN Ermənistan tərəfinin açıqlamasını qətiyyətlə rədd edib

Ankarada TDT-yə üzv ölkələrin ürək-damar cərrahiyyəsi üzrə birgə təlimləri keçirilir

YAP Mərkəzi Aparatında birgə mətbuat konfransı keçirilib

YAP və AK Partinin nümayəndələri arasında görüş olub

Ümummilli Liderin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət

V.Putin: Rusiya-Türkiyə münasibətləri müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslanır

Litvalı jurnalist Qərbi Azərbaycan İcmasını ziyarət edib

Özbəkistan parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanmış mina və partlamamış hərbi sursatların sayı açıqlanıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinə sədr təyin olunub

Qərbi Azərbaycan İcmasında beynəlxalq konfransın iştirakçıları ilə görüşlər olub

COP-28 çərçivəsində SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər imzalanıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dubayda COP28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib

Ağdaş rayon sakini qanunsuz saxladığı odlu silahları polisə təhvil verib

Azərbaycanın beynəlxalq antikorrupsiya fəaliyyətinə töhfələri yüksək qiymətləndirilir

Türkiyə ilə Ukrayna arasında siyasi məsləhətləşmələr aparılacaq

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi tələbələrlə görüşüb

BDU-da Xalq artisti Cahangir Novruzovla görüş

Payız semestrində 6657 tələbə təhsil krediti alıb

“Parlaq gələcəyim” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib

Qəhvənin türk mədəniyyətində rolu – qonaqpərvərliyin əvəzsiz elementi

Azərbaycanın müdafiə naziri "EDEX 2023" sərgisində müxtəlif ölkələrin şirkətlərinin məhsulları ilə tanış olub

Psixoloqların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib

“Gəl, Yarat!” yaradıcılıq üzrə marafonun qalibləri müəyyənləşib

® Tam istədiyiniz ulduz, Tam DigiCard-la!

Azərbaycanlı futbolçu Ukrayna millisində oynamaq istəyir

Azərbaycanın xarici işlər naziri Rusiyaya səfərə yola düşüb

BDU-nun “SABAH” qruplarında ingilis dilinin tədrisi təkmilləşdirilir

Dual peşə təhsili proqramı çərçivəsində tələbələrin praktiki məşğələlərinə start verilib

MN: Erməni tərəfinin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik

Pərviz Şahbazov Dubayda bir sıra görüşlər keçirib

Qəbələdə polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb edilib

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bəzi normativ hüquqi aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı

Peşələr Festivalında 70 minə yaxın şəxs iştirak edib YENİLƏNİB

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq, elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumatın təqdimedilmə formasının və müddətinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı

ABŞ mətbuatı ermənilərin antisemitizmindən bəhs edib

Tahir Budaqov: Vətən müharibəsindən sonra partiyamız qarşısında yeni çağırışlar durur

“Türkiyədə kitabxana və arxiv xidmətləri” – BDU-da ustad dərsi

Zəngilanın Ağalı kəndində yaşıllaşdırma işlərində Dendrologiya İnstitutunda becərilən bitkilərdən istifadə olunub

Türklərin Qəzzadan təxliyəsi davam edir

Energetika naziri ilə ABŞ Dövlət katibinin köməkçisinin görüşü olub

Noyabrın 27-dən dekabrın 3-nədək Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Qalxanabənzər vəzi hormonlarının çoxluğu demensiyaya səbəb ola bilər

İsrailin Qəzza zolağının şimalındakı əməliyyatı sona çatmağa yaxındır

Avropa Komissiyası Ukraynanın Aİ-yə üzv olması barədə danışıqların başlanması üzrə şərtləri yerinə yetirib

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 20 yoluxma faktı qeydə alınıb

İran Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir

Hafiz Səfixanov: Azərbaycan mina probleminin öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib

Zafer Sırakaya: Türkiyə gələcək illərdə də Azərbaycanın yanında olmağa davam edəcək

AMEA-nın Şəki Regional Elmi Mərkəzində Beynəlxalq elmi konfrans keçirilib

AK Parti Sədrinin müavini: Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub

Bakıda FIA həftəsi başladı VİDEO

Bakıda “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Saytlarda aparılan monitorinqin nəticələri ilə bağlı hesabat təqdim edilib

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyul tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI