BBVB-NİN RƏHBƏRİ YENİDƏN MDB-NİN BEYNƏLXALQ BİRJALAR ASSOSİASİYASI ŞURASININ ÜZVÜ SEÇİLMİŞDİR
Bakı Banklararası Valyuta Birjasının rəhbəri Fərhad Əmirbəyov yenidən MDB-nin Beynəlxalq Birjalar Assosiasiyası (BBA) Şurasının üzvü seçilmişdir. Bu qərar BBA üzvlərinin Minskdə keçirilən növbəti ümumi yığıncağında qəbul edilmişdir. Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, BBVB-nin rəhbərindən başqa, Qazaxıstan, Özbəkistan, Belarus və başqa ölkələrin birjalarının rəhbərləri də iki il müddətinə MDB BBA Şurasının üzvü seçilmişlər.
Assosiasiyanın ümumi yığıncağında MDB BBA-ın üzvü olan birjalar arasında elektron informasiya mübadiləsinin təşkilinə xüsusi diqqət yetirilmişdir. Birja indekslərinin cari dəyişməsinin, habelə milli valyutaların ABŞ dollarına, avroya və Rusiya rubluna nisbətdə məzənnələrini açıqlamaq planlaşdırılır. Saytda MDB ölkələrində mütəşəkkil maliyyə və əmtəə bazarlarını tənzimləyən əsas qanunvericilik və digər normativ aktların mətnlərini yerləşdirmək, habelə MDB BBA-nın birja statistikası Bülleteninin nomenklaturasına uyğun olaraq hərracların dövriyyələri haqqında və digər məlumatları müntəzəm (hər ay) surətdə təzələmək planlaşdırılır.
Xatırladaq ki, MDB BBA mütəşəkkil maliyyə bazarlarının inkişafı sahəsində səylərin beynəlxalq standartlara uyğun əlaqələndirilməsi məqsədi ilə 2000-ci ildə Moskvada təsis edilmişdir. MDB BBA-ya Birliyin 10 ölkəsindən qarşılıqlı maliyyə dövriyyəsinə, valyuta, dövlətin qiymətli kağızları, müəssisələrin səhmləri ilə əməliyyatlara xidmət göstərilməsində həlledici rol oynayan 18 aparıcı birjanı və üç depozitarini təmsil edən 21 təşkilat daxildir. Qeyd etmək lazımdır ki, MDB BBA yarandığı gündən BBVB onun həmtəsisçilərindən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]