BDU-da Nəsir İmanquliyevin xatirəsinə həsr edilmiş videoçarx hazırlanıb
Bakı, 6 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris teleradio studiyasında (BDU TV) unudulmaz müəllimlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə videoçarxların hazırlanması layihəsinə start verilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ilk videoçarx peşəkar redaktor, publisist, pedaqoq, Əməkdar jurnalist Nəsir İmanquliyevin xatirəsinə həsr edilib.
Videoçarxlar silsilə xarakter daşıyacaq və növbəti belə çarx fakültənin unudulmaz müəllimi, Əməkdar jurnalist, professor Şirməmməd Hüseynovla bağlı olacaq.