BDU əməkdaşları abituriyentlər üçün infosessiya təşkil ediblər
Bakı, 29 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi çərçivəsində abituriyentlər üçün infosessiya keçiriblər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
İnfosessiyada Karyera və məzunlarla iş mərkəzinin şöbə müdiri Günel Qurbanova və Tədrisin təşkili və idarə olunması mərkəzinin sektor müdiri Nərgiz Abbas abituriyentlərə ixtisas seçimi, universitetin təhsil və təcrübə imkanları, elmi və beynəlxalq əlaqələri, ikili diplom proqramları, tələbələrin sosial həyatı və karyera planlaması barəsində məlumat veriblər. Həmçinin universitetin elmi-metodiki bazası və digər imkanları haqqında təqdimat ediblər.
Sonda abituriyent və valideynlərin sualları cavablandırılıb.