BDU-nun əcnəbi tələbələri Fəxri xiyabanı ziyarət ediblər
Bakı, 3 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) hazırlıq sektorunda təhsil alan əcnəbi tələbələr Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Çin, Türkiyə, Pakistan, Şri-Lanka, İran, Zambiya və Ukraynadan olan əcnəbi tələbələr Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anıb, məzarları üzərinə gül dəstələri qoyublar.
Əcnəbi tələbələrə Azərbaycan Respublikasının müstəqillik tarixi, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətləri barədə məlumat verilib.