BDU-nun rektoru Məşvərət Şurasının üzvləri ilə görüşüb
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun Məşvərət Şurasının üzvləri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə rektor universitetin qocaman alimlərini son zamanlar BDU-da həyata keçirilən yeniliklərlə tanış edib, infrastrukturun yenilənməsi istiqamətində işlərin davam edəcəyini bildirib.
Elçin Babayev diqqətə çatdırıb ki, BDU dünya və regional reytinqlərdəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə davam edir. Bunlarla yanaşı, BDU-da “Ekoməkan”, “Tələbə məkanı”, Faydalı qazıntılar muzeyi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Materialşünaslıq elmi-tədqiqat laboratoriyası, “Ekoenerji məntəqəsi”, Tələbə İnkişaf Mərkəzinin açılışları olub. Hazırda 10-dan artıq tədris laboratoriyasının ən müasir standartlara uyğun yenilənməsi istiqamətində işlər aparılır.
Daha sonra Məşvərət Şurası üzvlərinin BDU-da elm, tədris fəaliyyətinin daha da yaxşılaşdırması ilə əlaqədar təklifləri dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:50]
Qədim Şəmkir şəhər yerində arxeoloji tədqiqatlar və yay məktəbi davam edir
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]