BDU-nun tələbəsi “Xocalı həqiqətləri rəqəmsal sənətdə” fotomüsabiqəsinin qalibi olub
Bakı, 27 fevral, AZƏRTAC
Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar keçirilən “Xocalı həqiqətləri rəqəmsal sənətdə” mövzusunda fotomüsabiqə başa çatıb.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Xocalı faciəsinin dərin emosional təsirini sənət vasitəsilə ifadə etmək, tarixi həqiqətləri innovativ yolla yeni nəsillərə ötürmək və vizual sənətin gücü ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Münsiflər heyətinin qərarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin III kurs tələbəsi Nahid Xəlilovun işi müsabiqədə I yerə layiq görülüb.