İDMAN
Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyində ilk qaliblər müəyyənləşib
![](/files/galleryphoto/2024/3/1200x630/17337554561164819099_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/3/1200x630/173375545617023552_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/3/1200x630/17337554561353127_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/3/1200x630/17337554564028612707_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/3/1200x630/17337554566131060665_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/3/1200x630/1733755456860962583_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/3/1200x630/1733755456642360050_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/3/1200x630/1733755456746347313_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/3/1200x630/1733755456212159754_1200x630.jpeg)
Bakı, 9 dekabr, AZƏRTAC
Bədii gimnastika üzrə 29-cu Bakı çempionatı və birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda "Ocaq Sport" Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Sərhədçi Olimpiya İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar qüvvələrini sınayırlar.
Çempionatda idmançılar balacalar (2014-2016), yeniyetmələr (2011-2013) və gənclər (2010-2011) yaş kateqoriyalarında mübarizə aparırlar.
İlk günün qalibləri fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşib. Yer tutanlar medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Milli Gimnastika Arenasında keçirilən turnirə dekabrın 11-də yekun vurulacaq.