Bədii qiraət müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 11 may, AZƏRTAC
“Azərbaycan Xalq Cümhuriyyəti İli” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” mövzusunda “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin qalibləri bəlli olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən beş bal sistemi ilə qiymətləndirilib.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqənin əsas məqsədi şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onların vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdir.