BƏHRAMTƏPƏ HİDROQOVŞAĞI YENİDƏN QURULUR
AZƏRTAC xəbər verir ki, regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq İmişlidə Bəhramtəpə Hidroqovşağının yenidən qurulması uğurla davam etdirilir.
Podratçı “Muğan-Törəmə” Açıq Səhmdar Cəmiyyəti bu obyekdə nəzərdə tutulan tikinti-quraşdırma tədbirlərinin 80 faizindən çoxunu yerinə yetirmişdir. Yeni, daha yüksək təzyiqə hesablanmış dəmir-beton konstruksiyalar quraşdırılmış, xidmət bölmələri üçün müasir tipli binalar inşa olunmuş, digər zəruri infrastruktur sahələri yaradılmışdır.
Ümumi dəyəri 7,5 milyon manat olan layihənin icrasının bu ilin axırınadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Araz çayı üzərində keçən əsrin ortalarında tikilib istifadəyə verilmiş bu hidrotexniki qurğunun köməyi ilə respublikanın Muğan və Cənub bölgəsinin 39 min hektar torpaq sahəsi suvarılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]