Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Belarus KİV-ləri nüfuzlu beynəlxalq media qurumlarının iclaslarını geniş işıqlandırırlar

Minsk, 17 noyabr, AZƏRTAC

Noyabrın 16-dan 18-dək Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının iclasları və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası Belarusun elektron və mətbu KİV-lərinin diqqət mərkəzindədir.

Hələ noyabrın 14-də Belarus Teleqraf Agentliyinin - BELTA-nın saytında “Dünyanın 100-dən çox xəbər agentliyinin rəhbərləri Bakıya toplaşacaqlar” sərlövhəli material yerləşdirilib: (http://www.belta.by/world/view/v-baku-soberutsja-rukovoditeli-bolee-100-novostnyh-agentstv-mira-219005-2016/).

BELTA xəbər verir ki, dünyada informasiya siyasətinin əsas istiqamətlərini müəyyən edən 100-dən çox informasiya agentliyinin rəhbərləri və nümayəndələri, media sahəsində beynəlxalq ekspertlər, BMT-nin və UNESCO-nun yüksək vəzifəli şəxsləri, habelə regional media qurumlarının nümayəndələri Azərbaycanda keçirilən tədbirə dəvət olunublar.

BELTA-nın 16 noyabr tarixli məlumatında deyilir: “Bu gün Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası açılıb”.

Agentlik Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının açılış mərasimində çıxışından bu sözləri sitat gətirib: “Azərbaycan əhalisinin 75 faizindən çoxu fəal internet istifadəçisidir” ( http://www.belta.by/azerbaijan/view/bolee-75-naselenija-azerbajdzhana-javljajutsja-internet-polzovateljami-aliev-219408-2016/_ ). Prezident vurğulayıb ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Dövlətimizin başçısı deyib: “Beş qitəni, 80 ölkəni və dünyanın 100-dən artıq aparıcı xəbər agentliyini təmsil edən 200 nəfər qonağımız Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresində toplaşıblar. Belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Əminəm ki, qonaqlarımız gündəlikdəki vacib məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, ölkənin inkişafının şahidi olacaqlar”.

BELTA Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun çıxışını “İnformasiyanın dəqiqliyi və obyektivliyi İKT-nin coşqun inkişafı dövründə xüsusilə aktualdır” sərlövhəli materialında şərh edib (http://www.belta.by/society/view/tochnost-i-objektivnost-informatsii-osobenno-aktualny-v-epohu-burnogo-razvitija-ikt-aslanov-219413-2016/).

Agentlik AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun bu sözlərini sitat gətirib: “XXI əsr bəşər sivilizasiyası üçün tamamilə yeni və keyfiyyətcə fərqli bir dövrdür. Daim yenilənən texnologiyalar gündəlik həyatımıza elə sürətlə daxil olur ki, bəzən onunla ayaqlaşmağa çətinlik çəkirik. Hi-tech sadəcə iş yerimizin simasını dəyişmir, həyatımızın ayrılmaz bir hissəsinə çevrilir. Bu heyrətamiz dəyişikliyin nəticəsidir ki, uzun müddət öz ənənəviliyini qoruyub saxlamış jurnalistika son dövrlərdə birdən-birə sürətli transformasiyaya məruz qalıb. Əvvəllər leksikonumuzda olmayan sosial media, multimedia, xəbər sənayesində süni intellekt kimi yeni anlayışlar yaranıb. Texnoloji tərəqqi cəmiyyətin simasını, dünya nizamının axarını dəyişir və təbii ki, medianı da öz arxasınca çəkib aparır.

AZƏRTAC-ın baş direktoru sonda vurğulayıb: “Biz - xəbər istehsalçıları, bu sektorun təmsilçiləri olaraq ən dəqiq, qərəzsiz və peşəkarlıq baxımından qüsursuz informasiya yaratmaq və onu məhsullarımızın istehlakçılarına dərhal çatdırmaq vəzifəsinə sadiqliyimizi qoruyub saxlamalıyıq”.

BELTA “M.Qusman: Bakıda Dünya Xəbər Agentliklərinin Konqresi bütün dünya KİV-ləri üçün əlamətdar hadisədir” sərlövhəli informasiyasında (http://www.belta.by/society/view/gusman-vsemirnyj-kongress-novostnyh-agentstv-v-baku-znakovoe-sobytie-dlja-smi-vsego-mira-219424-2016/) Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edən Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın bu sözlərini sitat gətirib: “Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi dünya informasiya məkanında işləyən insanlar üçün çox diqqətəlayiq və əlamətdar hadisədir”. M.Qusman deyib: “Bu gün dünyamız çoxsaylı çağırışlarla üzləşir. Obyektiv və dəqiq informasiyaya yol tapmaq son dərəcə əhəmiyyətlidir. Üçgünlük konqres çərçivəsində məhz informasiyanın obyektivliyi, habelə yalan informasiyaya, reallığı təhrif etmək cəhdlərinə qarşı mübarizə kimi məsələlər diskussiya mövzusuna çevriləcək”.

MDB-nin Minskdəki qərargahının rəsmi saytında bu mövzuda “Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclası keçirilib”, “Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçirilir”, “MDB İnformşurası Ümumdünya gənclər və tələbələr festivalına informasiya dəstəyi göstərəcək” sərlövhəli bir sıra materiallar yerləşdirib (уhttp://www.cis.minsk.by/news.php?id=7093).

Nüfuzlu beynəlxalq media qurumlarının Azərbaycanın paytaxtında iclasları Belarus telekanallarının xəbər buraxılışlarında və mətbuat səhifələrində geniş işıqlandırılmaqdadır.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir