BELÇİKADA “QLOBALLAŞMANIN HƏMKARLAR İTTİFAQLARINA TƏSİRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLƏCƏKDİR
Martın 17-18-də Brüsseldə Belçika Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə qloballaşma mövzusunda seminar keçiriləcəkdir. Tədbirdə ölkəmizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavinləri Aqil Dadaşov və Cavanşir Alxasov təmsil edəcəklər.
Konfederasiyadan bildirmişlər ki, seminarda qloballaşmanın həmkarlar ittifaqlarına təsiri ayrı-ayrı ölkələrin təcrübəsində öyrəniləcək, diskussiyalar keçiriləcək, vəzifələr müəyyənləşdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]