Belçikanın Kralı Əlahəzrət II Albertə
Əlahəzrət,
İsveçrədə baş vermiş ağır avtomobil qəzası nəticəsində əksəriyyəti uşaqlar olan həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 mart 2012-ci il.