BƏRDƏDƏ YENİ TİCARƏT MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Bərdə şəhərindəki 9 mərtəbəli yaşayış binasının ətrafında uzun illərdən bəri fəalıyyət göstərən yöndəmsiz köşklər, qanunsuz tikilmiş müxtəlif ticarət obyektləri rayon icra hakimiyyətinin təşəbbüsü ilə sökülmüş, ərazi abadlaşdırılmış, bulaq kompleksi inşa olunmuşdur. Burada müasir tələblərə cavab verən yeni ticarət mərkəzi inşa edilib istifadəyə verilmişdir.