BƏŞƏRİYYƏT LUKSOR VƏ BABİL ABİDƏLƏRİNİ İTİRİR
Nil çayının qərb sahilində yerləşən Luksor üçün, turistlərdən və soyğunçulardan başqa, çay da təhlükə yaradır. Asuan bəndinin tikintisi başa çatdıqdan sonra torpağın şoranlaşması qədim məbədlərin eroziyasını sürətləndirmişdir. Dünya Abidələri Fondu eramızdan əvvəl XIV əsr kompleksinin geniş bərpasına dair plan hazırlayır.
Qədim Babilin xarabalıqlarının vəziyyəti daha pisdir. Səddam Hüseyn rejimi dövründə kompleksə etinasız münasibət göstərilmiş, amerikalı hərbcilərin bu ərazidə xəndəklər qazması və yollar çəkməsi vəziyyəti daha da pisləşdirmişdir.
Papua-Yeni Qvineya, Filippin və İndoneziya arasında yerləşən “mərcan üçbuçağı” da pis vəziyyətdədir. Misilsiz növ müxtəlifliyi regionda nəzarətsiz balıq ovu və dəniz suyunun hərarətinin qalxması üzündən təhlükə altındadır.
Qədim inklərin Maçu Piçu şəhər-qalasına elə öz populyarlığı daha çox ziyan verir. Peru hökumətinin buraya gələnlərin sayını gündə 500 nəfərədək məhdudlaşdırmasına və ildə bir dəfə bir ay müddətinə abidəni bağlamasına baxmayaraq, Maçu Piçu sürətlə dağılır.
Maldiv adaları tamamilə su altında qala bilər: dünya okeanında suyun səviyyəsinin qalxması bu ada dövlətinin bütov rayonlarının yoxa çıxmasına səbəb ola bilər. Viranedici sunami 2004-cü ildə bir çox adaların infrakstrukturunu dağıtmış və xırda mərcan adalarını məhv etmişdir.
Eynilə belə bir təhlükə - tədrici subasma Avropanı Venesiyasız qoya bilər. İtaliyanın bu şəhəri hər yüz ildə bir santimetrdən çox suya enir.
Eramızdan əvvəl IV-III əsrlərdə tikilmiş Böyük Çin səddinə eroziya və yerli kommersantların ondan maksimum qazanc məqsədi ilə istifadə etmələri daha çox ziyan verir. Nəticədə divarın üçdə iki hissəsi pis vəziyyətə düşmüşdür.